“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”.

“Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”.

“İnsan hüquqlarının qorunması Azərbaycan dövlətinin əsas prinsiplərindən biridir.”

“Bizim gördüyümüz işlərin tarixi də göstərir, qarşıya hansı vəzifəni qoyuruqsa, onu da həll edirik.”

Şöbədə aparılan 2 ekspertiza növü üzrə 3 ekspert ixtisasının 9 tədqiqat metodu Türk Akreditasyon Kurumu (TÜRKAK) İdarə Heyətinin 14 may 2013-cü il tarixli qərarı ilə ISO/IEC 17025 ”Sınaq və kalibrasiya laboratoriyalarının yetərliliyi üçün ümumi şərtlər” standartı üzrə akkreditə edilmişdir.

Ədliyyə Nazirliyinin Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminalogiya Problemləri İnstitutunun “Məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizası elmi-tədqiqat laboratoriyası” olaraq fəaliyyətə başlamışdır.

       Yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsində hal-hazırda 10 ştat vahidi üzrə (şöbə rəisi, baş ekspert,  böyük ekspert, 2 aparıcı ekspert, 4 ekspert və baş mütəxəssis ) doqquz əməkdaş fəaliyyət göstərir. Şöbədə 3 ekspert ixtisası üzrə:
       “14.1. Yol-nəqliyyat hadisələri hallarının tədqiqi”;
       “14.2. Nəqliyyat vasitəsinin texniki vəziyyətinin tədqiqi”;
       “14.3 “Nəqliyyat vasitələri üzərində və yol-nəqliyyat hadisəsi yerində olan izlərin tədqiqi”.
       Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının predmeti nəqliyyat vasitəsinin texniki vəziyyəti, yol-nəqliyyat hadisəsinin mexanizmi, hadisə yerində yol şəraiti və hadisə iştirakçılarının hərəkətləri, həmçinin ekspertin öz xüsusi biliyinə uyğun tədqiq edə biləcəyi hadisənin baş verməsinə zəmin yaradan şərait haqqında faktiki məlumatlardır.

       Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyektlərinə yol-nəqliyyat hadisələrində iştirak edən avtomotonəqliyyat, şəhər elektrik nəqliyyatı, traktor və digər özügedən maşınlar, onların aqreqatları, detallar, üzərindəki zədələr və izlər, yol-nəqliyyat hadisəsinin yeri (nəqliyyat vasitələrinin hərəkət etdiyi yol, dəmiryol keçidləri, həyət, çöl yolları və nəqliyyat vasitəsinin hərəkət etdiyi digər yerlər), maddi sübutlar, hüquqi qiymət tələb etməyən iş materialları və orada olan məlumatlar aiddır. Hava, dəmiryol, su və boru kəməri üçün nəzərdə tutulan nəqliyyat vasitələri məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyektlərinə aid edilmir.

       Yol-nəqliyyat hadisələri hallarının tədqiqi ekspertizasının tədqiqatına yol-nəqliyyat şəraitinin, yol-nəqliyyat hadisəsi prosesində nəqliyyat vasitəsinin və digər obyektəlrin, piyadalırın hərəkət parametrlərinin hesabatı, həmçinin sürücünün hərəkətləri və imkanlarının analizi daxildir.

       Yol-nəqliyyat hadisələri hallarının tədqiqi ekspertizasının predmeti yol-nəqliyyat hadisəsi, nəqliyyat vasitəsinin texniki vəziyyəti, yüklülüyü, hərəkət recimi və sürəti, baş verən hadisədə iştirakçıların və maneənin hərəkət xarakteri, hərəkət hissəsinin örtüyü, vəziyyəti, hərəkət hissəsinin uzununa və eninə profili və s. haqqında faktiki məlumatlardır.

       Yol-nəqliyyat hadisələri hallarının tədqiqi ekspertizası aşağıdakı məsələləri həll edir:
       - nəqliyyat vasitəsinin tormozlama parametrlərinin və tormoz izinə görə hərəkət sürətinin müəyyən edilməsi;
       - yolun görünüş məsafəsinə uyğun nəqliyyat vasitəsinin təhlükəsizliyi təmin edən hərəkət sürətinin müəyyən edilməsi;
       - yolun döngəli hissəsində əyrilik radiusu, eninə maillik dərəjəsi nəzərə alınmaqla nəqliyyat vasitəsinin sürüşməməsi, aşmaması və dayanıqlığının itirilməməsi üçün kritik sürətin müəyyən olunması;
       - nəqliyyat vasitəsinin tormoz və dayanma yollarının, həmçinin dayanma vaxtının müəyyən edilməsi;
       - ekspertizanı təyin edən orqan tərəfindən göstərdilən anda nəqliyyat vasitəsinin, piyadaların və digər obyektlərin hadisə yerindən olduğu məsafəsinin müəyyən edilməsi;
       - təqdim edilən məlumatlara görə nəqliyyat vasitəsinin sürücüsünün hadisənin qarşısını almağa texniki imkanın müəyyən edilməsi;
       - yol-nəqliyyat hadisəsinin müxtəlif anlarında nəqliyyat vasitələrinin qarşılıqlı vəziyyətlərinin müəyyən edilməsi;
       - nəqliyyat vasitələrinin və piyadaların müəyyən məsafələri qət etməsinə sərf olunan vaxtın müəyyən edilməsi;
       - sürücünün nəqliyyat vasitəsinin ijazə veriləndən yüksək sürətlə idarə etməsi ilə hadisənin baş verməsi arasında səbəbli əlaqənin müəyyən olunması;
       - sürücünün hadisənin qarşısını almağa texniki imkanının olmasının kritik həddində (hansı ki, ondan kiçik qiymətlərdə sürüjünün hadisənin qarşısını almağa texniki imkanı olmur) nəqliyyat vasitəsi və maneənin qarşılıqlı vəziyyətinin müəyyən edilməsi;
       - hərəkətin təhlükəsizliyinin təmin olunması nöqteyi-nəzərinjə sürücünün hərəkətlərinin tədqiqi, yəni sürücünün hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğynsuzluğun olub-olmamasının müəyyən edilməsi;
       - sürücünün hadisənin qarşısını almağa texniki imkanının tədqiqinin yalnız ekspertizanı təyin edən orqan tərəfindən təqdim olunmuş məlumatlar əsasında deyil, həmçinin ekspertin hesabat yolu ilə müəyyən etdiyi nətijələr, o cümlədən iş materiallarından əldə olunan məlumatlar əsasında aparılması. Ekspert tədqiq olunan variantların ziddiyyətli olmasını rəydə göstərir;
       - hərəkətin təşkili ilə əlaqədar yol-nəqliyyat hadisəsinin baş verməsinə zəmin yaradan halların müəyyən edilməsi;
       - nəqliyyat vasitəsində olan nasazlıqla hadisənin baş verməsi arasında texniki səbəbli əlaqənin müəyyən olunması.

       Nəqliyyat vasitəsinin texniki vəziyyətinin məhkəmə ekspertizasına nəqliyyat vasitəsinin texniki vəziyyətinin, onun sistemlərinin, aqreqatlarının, mexanizmlərinin, qovşaq və detallarının işə yararlı olmasının müəyyən edilməsi, yaranmış nasazlıqların səbəbinin və vaxtının, həmçinin onları aşkar etməyin mümkünlüyünün müəyyən edilməsi aiddir.

       Nəqliyyat vasitəsinin texniki vəziyyətinin məhkəmə ekspertizasının predmeti yol-nəqliyyat hadisəsində iştirak edən nəqliyyat vasitəsinin texniki vəziyyəti haqqında faktiki məlumatlardır.

       Nəqliyyat vasitəsinin texniki vəziyyətinin tədqiqi ekspertizası aşağıdakı sualları həll edir:
      - nəqliyyat vasitəsinin, onun ayrı-ayrı qovşaq, mexanizm, sistem və aqreqatlarının texniki vəziyyətinin müəyyən edilməsi;
      - nasazlıqların səbəblərini, həmin nasazlıqların yol-nəqliyyat hadisəsinin baş verməsinə təsiri, nəqliyyat vasitəsinin texniki vəziyyətinə məsul olan şəxslərin nasazlıqları vaxtında müəyyən etmək imkanının müəyyən edilməsi;
       - nasazlıqla yol-nəqliyyat hadisəsinin baş verməsi arasında texniki səbəbli əlaqənin olmasının, həmçinin nasazlığın yaranmasına zəmin yaradan halların müəyyən edilməsi;
       - nəqliyyat vasitəsinin, onun ayrı-ayrı qovşaq, mexanizm, sistem və aqreqatlarının mövcud texniki vəziyyətlərində yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanın müəyyən edilməsi;
       - nəqliyyat vasitəsinin texniki vəziyyəti ilə əlaqədar yol-nəqliyyat hadisəsinin baş verməsinə və ya ona zəmin yarada bilən halların müəyyən edilməsi.

       Nəqliyyat vasitələri üzərində və yol-nəqliyyat hadisəsi yerində olan izlərin tədqiqi ekspertizasının predmeti nəqliyyat vasitələrinin, kənar obyektlərin, insanların, heyvanların təsiri nətijəsində hadisə yerində və nəqliyyat vasitələri üzərində yaranan izlərin tədqiqi əsasında ekspert tərəfindən müəyyən edilən faktiki məlumatlardır.

       Nəqliyyat vasitələri üzərində və yol-nəqliyyat hadisəsi yerində olan izlərin tədqiqi ekspertizası (nəqliyyat-trasoloji diaqnostika) – trasologiyanın bir bölməsi olduğuna görə, tədqiqat, nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınaraq trasoloji metodikalar tətbiq olunmaqla aparılır (eyniləşdirmə metodları istisna olunmaqla).

       Nəqliyyat vasitələri üzərində və yol-nəqliyyat hadisəsi yerində olan izlərin məhkəmə ekspertizası aşağıdakı məsələləri həll edir:
       - yol-nəqliyyat hadisəsi mexanizminin müəyyən edilməsi;
       - toqquşma zamanı nəqliyyat vasitələrinin qarşılıqlı təsir mexanizminin müəyyən edilməsi;
      - piyadaların (heyvanların) və tərpənməz maneələrin vurulması mexanizminin müəyyən edilməsi;
       - toqquşma zamanı nəqliyyat vasitələrinin mərkəz oxlarına nəzərən toqquşma bujağının və zərbənin istiqamətinin müəyyən edilməsi;
       - toqquşma anında nəqliyyat vasitələrinin hərəkət hissəsinin kənarlarına və yolun orta xəttinə nəzərən qarşılıqlı vəziyyətlərinin müəyyən edilməsi;
       - nəqliyyat vasitələrinin toqquşma yerinin, piyadanın vurulma yerinin koordinatlarının müəyyən edilməsi;
       - toqquşma anında nəqliyyat vasitəsinin hərəkətdə olmasının və ya hərəkətsiz vəziyyətinin müəyyən edilməsi;
       - toqquşma və ya piyadanın vurulması zamanı ilkin kontaktın nəqliyyat vasitəsinin hansı hissəsi ilə baş verməsinin müəyyən edilməsi;
       - nəqliyyat vasitəsi üzərində olan zədələrin xarakterinə əsasən toqquşma anında zərərçəkmişin salonda yerləşmə vəziyyətinin müəyyən edilməsi;
       - nəqliyyat vasitəsinin şinləri, tormoz şlanqları və yivli birləşmələri üzərində zədə olmasının, vaxtının və səbəinin müəyyən edilməsi;
       - yol-nəqliyyat hadisəsindən sonra nəqliyyat vasitəsinin detallarında nasazlıq faktının yaranmasının müəyyən edilməsi;
       - nəqliyyat vasitələri üzərində olan mexaniki zədələrin qarşılıqlı kontakt zamanı yarana bilməsinin müəyyən edilməsi.

ENFSİ
enfsi

MEM məhkəmə ekspertizası fəaliyyəti sahəsində qanunvericiliklə müəyyənləşdirilmiş vəzifələrini ISO/IEC 17025 standartına uyğun keyfiyyət menecment sisteminə və qanunvericilikdə əks olunmuş insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertin müstəqilliyi, elmin və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanaraq, müvafiq keyfiyyət sistemi standartlarına uyğun olaraq bütün müştərilərinin və əməkdaşlarının tələblərini yerinə yetirəcək və məmnuniyyətini təmin edəcək şəkildə həyata keçirir.

https://expert.bakinity.az/certificates/enfsi/
TÜRKAK

https://expert.bakinity.az/certificates/turkak/
İSO

https://expert.bakinity.az/certificates/iso/
İLAC

https://expert.bakinity.az/certificates/ilac/
IAF

https://expert.bakinity.az/certificates/iaf/