“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”.

“Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”.

“İnsan hüquqlarının qorunması Azərbaycan dövlətinin əsas prinsiplərindən biridir.”

“Bizim gördüyümüz işlərin tarixi də göstərir, qarşıya hansı vəzifəni qoyuruqsa, onu da həll edirik.”

ENFSI
AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİNİN MƏHKƏMƏ EKSPERTİZASI MƏRKƏZİ AVROPA MƏHKƏMƏ EKSPERTİZASI İNSTİTUTLARI BİRLİYİNİN ÜZVÜDÜR

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə ekspertizası sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, tədqiqat metodikalarının standartlaşdırılması, həmçinin ekspertiza rəylərinin beynəlxalq miqyasda tanınması məqsədi ilə 2010-cu ilin may ayındakı müraciəti əsasında 10 fevral 2011-ci il tarixdə Avropa Məhkəmə Ekspertizası İnstitutları Birliyinin (European Network of Forensic Science Institutes – ENFSI) 34-cü ölkəni təmsil edən 60-cı üzvü oldu.

ENFSI tarixçəsi

European Network of Forensic Science Institutes (ENFSI) –  Avropa Məhkəmə Ekspertizası İnstitutları Birliyi ən iri beynəlxalq məhkəmə-ekspertiza qurumlarından sayılır.

1992-ci ildə yaranmışdır, 1993-cü ilin mart ayında Niderlanddakı ilk toplantıda 11 laboratoriya təmsilçisi iştirak edir. Hazırda 36 ölkədən 64 üzvü var. 

20 oktyabr 1995-ci il tarixdə Niderlandda rəsmiləşdirilir, Birliyin İdarə heyəti seçilir, emblemi təsdiq edilmişdir.

1999-cu ildə yaradılan www.enfsi.eu internet saytı əsas əlaqə vasitəsidir.

ENFSI üzvü kim ola bilər? 

ENFSI təşkilatına aşağıdakı formalarda üzvlük mövcuddur:
- Avropa Birliyinə daxil olan ölkələrin məhkəmə-ekspertiza müəssisələrinin üzvlüyü;
- Avropa Birliyinə daxil olmayan ölkələrin məhkəmə-ekspertiza müəssisələrinin üzvlüyü;
- Fəxri üzvlük də mövcuddur. 

ENFSI tanınmış beynəlxalq məhkəmə ekspertizası təşkilatlarından biridir və onun məqsədi Avropa ölkələrinin məhkəmə ekspertizası fəaliyyətində yüksək keyfiyyətin təmin olunması, məhkəmə ekspertizası institutları arasında qarşılıqlı əlaqələrin qurulması, tədqiqatların aparıldığı laboratoriyaların ISO/IEC 17025 standartı üzrə akkreditasiyası, bu sahədə beynəlxalq təcrübənin unifikasıyası yolu ilə Avropada məhkəmə ekspertizası elminin inkişafının təmin edilməsidir. 

ENFSI-nin quruluşu

1999-cu ildə konfransda ENFSI Nizamnaməsi qəbul edildi.

- Konfrans (ildə bir dəfədən gec olmayaraq çağırılır);
- Board (İdarə heyəti) (3 illik müddətə seçilir); 
- sədrlə birlikdə 5 üzvdən ibarətdir;
- Katiblik.

Rəsmi dili ingilis dilidir.

ENFSI qurumları:

3 daim fəaliyyət göstərən qurumu var:
- Keyfiyyət və Yetərlilik Komitəsi - QCC
- Təhsil və Təlim Komitəsi – E&T
- Elm və İnkişaf Komitəsi – R&D.

Ekspert İşçi Qrupları (EWG):

ENFSI tərkibində 17 İşçi qrup yaradılıb:
- Digital imaging
- DNA
- Document
- Drugs
- Explosives
- Fingeprint
- Firearms
- Fire & Explosions Investigations
- Forensic Information Technology
- Forensic Speech & Audio Analysis
- Handwriting
- Marks
Paint & Glass
Road Accident Analysis Scene of Crime
- Textile & Hair
- Animal, Plant and Soil Traces.

ENFSI-nin kənar qurumlarla işbirliyi:

ENFSI aşağıdakı qurumlarla sıx əməkdaşlıq edir:
- American Society of Crime Laboratory Directors (ASCLD)
- Senior Managers Australian and New Zealand Forensic Laboratories (SMANZFL)
- Academia Iberoamericana de Criminalistica y Estudios Forenses (AICEF)
- Asian Forensic Sciences Network (AFSN)
- International Forensic Strategic Alliance (IFSA)
- The International Forensic Summit (TIFS)
- UNODC
- Interpol
- Europol
- Eurojust
- EC - DG Home Affairs, DG Justice and DG Enterprise
- College Europeén de Police (CEPOL)
- International Laboratory Accreditation Organisation (ILAC)
- European Cooperation of Accreditation (EA)
- Bureau International Poids et Mesures (BIPM).

ENFSİ
enfsi

MEM məhkəmə ekspertizası fəaliyyəti sahəsində qanunvericiliklə müəyyənləşdirilmiş vəzifələrini ISO/IEC 17025 standartına uyğun keyfiyyət menecment sisteminə və qanunvericilikdə əks olunmuş insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertin müstəqilliyi, elmin və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanaraq, müvafiq keyfiyyət sistemi standartlarına uyğun olaraq bütün müştərilərinin və əməkdaşlarının tələblərini yerinə yetirəcək və məmnuniyyətini təmin edəcək şəkildə həyata keçirir.

https://expert.bakinity.az/certificates/enfsi/
TÜRKAK

https://expert.bakinity.az/certificates/turkak/
İSO

https://expert.bakinity.az/certificates/iso/
İLAC

https://expert.bakinity.az/certificates/ilac/
IAF

https://expert.bakinity.az/certificates/iaf/