“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”.
Ədliyyə Nazirliyinin Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminalogiya Problemləri İnstitutunun “Sənədlərin məhkəmə-texniki ekspertizası elmi-tədqiqat laboratoriyası” olaraq fəaliyyətə başlamışdır.
Sənədlərin texniki ekspertizası şöbəsində hal-hazırda altı əməkdaş fəaliyyət göstərir. Şöbədə 5 ekspertizasının növü əsasında 7 ekspert ixtisası üzrə:
“3. Sənədlərin texniki ekspertizası”:
- “3.1. Sənədlərin rekvizitlərinin tədqiqi”;v - “3.2. Sənədlərin materiallarının tədqiqi”;
- “3.3. Pul nişanları və qiymətli kağızların tədqiqi”.
“10. Məhkəmə fototexniki ekspertizası”:
- “10.1. Fototəsvirlərin, onların hazırlanmasında istifadə olunan texniki vasitə və materialların tədqiqi”.
“16. Məhkəmə kompüter-texniki ekspertizası”:
- “16.1. Kompüter-texniki obyektlərin tədqiqi”.
“19.Əqli mülkiyyət obyektlərinin məhkəmə ekspertizası”:
- “19.1. Əqli mülkiyyət obyektlərinin tədqiqi”.
“20.Kontrafakt məhsulların məhkəmə ekspertizası”:
- “20.1. Məhsulların kontrafaktlığının müəyyən edilməsinin tədqiqi” məhkəmə ekspertizaları keçirilir.
Sənədlərin texniki ekspertizasının obyektlərinə aiddirlər:
- sənədlərin rekvizitləri - əlyazma mətnlər, printer və makina mətnləri, işarə çapedən qurğularda (teleqraf, teleks, kassa aparatları və sair) icra olunmuş mətnlər, çap formalarının əksi (poliqrafik məhsullar, möhür və ştampların əksləri), imzalar, fotoşəkillər, müqayisəli tədqiqat üçün nümunələr;
- sənədlərin materialları - təsvir daşıyıcısı (əsasən kağız, karton və polimer material) və rəngləyici (maye və tozvari) materiallar, üz çəkmə üçün parçalardan və onların əvəzedicilərindən ibarət örtüklər, laminasiya örtükləri və yapışqanlar;
- pul nişanları və qiymətli kağızlar – müxtəlif öləkələrin əskinasları, xüsusi mühafizə vasitələri ilə təchiz olunmuş yol çekləri, səhmlər, istiqrazlar və sair;
Sənədlərin texniki ekspertizasının həll etdiyi məsələlər:
- sənəd və onun fraqmentlərinin hazırlanması üsulunun müəyyənləşdirilməsi;
- sənədə dəyişikliklərin edilməsi faktının və üsulunun müəyyənləşdirilməsi;
- sənədin ilkin məzmununun müəyyənləşdirilməsi;
- görünməyən və zəif görünən mətnlərin, solmuş, ləkələnmiş və qaralanmış qeydlərin, yandırılmış sənədlərdə və basma cizgilərə görə mətnlərin aşkarlanması;
- sənəd rekvizitlərinin icra olunmasının ardıcıllığının müəyyənləşdirilməsi.
- müqayisə edilən obyektlər (məsələn, sənədlərin iki surəti eyni orijinaldan alınıb, yaxud yox) bir və ya müxtəlif mənşə mənbəyinə aid olmasının müəyyənləşdirilməsi;
-sənəddəki möhür və ştamp əkslərinin vurulma üsulunun müəyyənləşdirilməsi, - konkret predmetlərin (möhür, ştamp, çap forması) əkslərinə görə eyniləşdirilməsi;
- sənədin hissələrinin bir bütövə aid olmasının müəyyənləşdrilməsi;
-sənəd rekvizitlərinin materiallarının (çap mətni, əlyazma mətni, ştempel boyası) tərkibinin müəyyələşdirilməsi və eynilişədirilməsi;
-sənəd kağızının tərkibinin və eyniliyinin müəyyələşdirilməsi;
-pul nişanın və qiymətli kağızların hazırlanması üsulunun müəyyən edilməsi;
-pul nişanın və qiymətli kağızların müvafiq nümunələrlə eyniliyinin müəyyən edilməsi.
Məhkəmə fototexniki ekspertizasının obyektlərinə aiddirlər:
Kağız daşıyıcıda olana totoşəkillər, fotokağızlar, fotoplyonkalar, fotoaparatlar
Məhkəmə fototexniki ekspertizasının həll etdiyi məsələlər:
- fotoşəkillin çap olunması üsulunun müəyyən edilməsi;
- fotoaparatın fotoşəkillə görə eyniləşdirilməsi;
- neqativə və pozitivə, fotoşəkildə olan təsvirlərə görə çəkiliş aparılmış sahənin, otağın, predmetin eyniləşdirilməsi;
- fotoşəkildə olan obyektlərin ölçülərinin və onlar orasında olan məsafələrin təyin edilməsi;
- fotomaterialların emal şəraitinin müəyyən edilməsi.
Məhkəmə kompüter-texniki ekspertizasının obyektlərinə aiddirlər:
-kompüterlər, serverlər, periferiya qurğuları, şəbəkə aparat vasitələri, mobil smartfonlar və telefonlar, yaddaş qurğuları, əməliyyat sistemləri, utilit proqramları, ümumi təyinatlı tətbiqlər: mətn və qrafik redaktorlar, məlumat bazaların idarə edilməsi sistemləri, elektron cədvəllər, mətn, qrafik, məlumat bazaları, elektron cədvəlləri formatında olan fayllar, şəbəkə qurğuları.
Məhkəmə kompüter-texniki ekspertizasının həll etdiyi məsələlər:
- kompüterlər, serverlər, periferiya qurğuları, şəbəkə aparat vasitələri, mobil smartfonlar və telefonların növlərini, texniki parametlərini, funksional təyinatını müəyyən edilməsi;
- proqramın təminatının xarakteristikası və funksionalılığı, təyinatı, komponentləri, təyinatına uyğun istifadəsi, işləmə qabiliyyəti, icazəsiz girişdən və köçürülmədən mühafizəsi, quruşdırılma və istismar alqoritmi müəyyən edilməsi, alqoritimində və funksiyasında dəyişikliklərin mövcudluğununun aşkarlanması;
- isitfadəçi və ya proqram tərəfindən hazırlanmış informasiyanın axtarışı, aşkarlanması və təhlilinin (məsələn, formata əsasən faylın növünün müəyyən edilməsi) aparılması;v - şəbəkə informasiya texnologiyasını həyata keçirən kompüter vasitələrin funksional təyinatının, şəbəkə qurğuların xassələrinin və xarakteristikasının müəyyən edilməsi;
- hesablama şəbəkəsinin xarakteristikasının, quruluşunun, konfiqurasiyasının, faktiki vəziyyətinin, quraşdırılmış şəbəkə komponentlərinin (məsələn, İnternetə qoşulmaq üçün isitfadə edilmiş şəbəkə aparatının təyin edilməsi;
- elektron ödənişlərin və kredit kartların istifadəsinə dair məlumatın əldə edilməsi;
- İnternet vasitəsilə fərdi rabitə proqramının isitifadəsi nəticəsində alınmış (göndərilmiş) bildirişlərin aşkarlanması.
Əqli mülkiyyət obyektlərinin məhkəmə ekspertizasının obyektlərinə aiddirlər:
- ədəbi, incəsənət, elmi, musiqi, audiovizual, qrafika, dizayn, litoqrafiya əsərləri və digər təsviri sənət əsərləri, coğrafiyaya, topoqrafiyaya və digər elmlərə aid olan xəritələr, planlar, eskizlər, illüstrasiyalar və plastik əsərlər, törəmə əsərlər (tərcümələr, dəyişdirmələr, iqtibaslar, annotasiyalar, referatlar, xülasələr, icmallar, səhnələşdirmələr, aranjemanlar, elm, ədəbiyyat və incəsənət əsərlərinin yenidən işlənməsi), toplular, teleradio verilişlərinin proqramları, kataloqlar, bukletlər, fotoalbomlar, mündəricatlar, kəşflər, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları, kommersiya adları.
Əqli mülkiyyət obyektlərinin məhkəmə ekspertizasının həll etdiyi məsələlər:
- Əsərin yaradılmasında digər əsərlərdən istifadə olunmasının müəyyənləşdirilməsi;
Əsərin digər əsərdən tərcümə edilməsinin müəyyən edilməsi;
Əsərin toplunun tərkib hissəsinə daxil olunmasının aşkarlanması;
Sənaye nümunəsində, faydalı modeldə digər patentin elementlerinin istifadə olunmasının müəyyən edilməsi;
Əmtəə nişanında digər əmtəə nişanlarla oxşarlığın olmasının müəyyənləşdirilməsi;
Kontrafakt məhsulların məhkəmə ekspertizasının obyektlərinə aiddirlər:
- İnformasiya proqram məhsulları, audiovizual məhsulları, sənaye malları, poliqrafik məhsullar.
Kontrafakt məhsulların məhkəmə ekspertizasının həll etdiyi məsələlər: İnformasiya proqram məhsulları, audiovizual məhsulları, sənaye malları, poliqrafik məhsullarda kontrafaktlığının müəyyən edilməsi.
MEM məhkəmə ekspertizası fəaliyyəti sahəsində qanunvericiliklə müəyyənləşdirilmiş vəzifələrini ISO/IEC 17025 standartına uyğun keyfiyyət menecment sisteminə və qanunvericilikdə əks olunmuş insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertin müstəqilliyi, elmin və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanaraq, müvafiq keyfiyyət sistemi standartlarına uyğun olaraq bütün müştərilərinin və əməkdaşlarının tələblərini yerinə yetirəcək və məmnuniyyətini təmin edəcək şəkildə həyata keçirir.