“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”.
Fiziki-kimyəvi ekspertizalar şöbəsində hal-hazırda 14 ştat vahidi üzrə (şöbə rəisi, bir baş ekspert, iki böyük ekspert, dörd aparıcı ekspert, beş ekspert, bir baş mütəxəssis) on dörd əməkdaş fəaliyyət göstərir.
Şöbədə 8 (səkkiz) ekspert ixtisası üzrə:
11.1 “Lifli materialların tədqiqi”
11.2 “Metal və daşların tədqiqi”
11.3 “Şüşə, keramik və silikat materialların tədqiqi”
11.4 “Yanacaq və sürtgü materiallarının tədqiqi”
11.5 “Lak-boya materialların tədqiqi”
11.6 “Polimer materialların tədqiqi”
11.7 “Spirttərkibli mayelərin tədqiqi”
11.8 “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi” məhkəmə ekspertizaları keçirilir.
1. Lifli materialların ekspertizasının obyektləri aşağıdakılardır: liflər, onlardan olan məmulatlar (paltarlar, məişət əşyaları, xüsusi təyinetlı predmetlər), lifli materialların kimyəvi tərkib elementləri (lifəmələgətirmə polimerləri, boyalar, tekstil-yardımçı maddələr), ekspert tədqiqatı üçün lifli material və məmulatların nümunələri.
Lifli materiallar və onlardan məmulatların məhkəmə-ekspert tədqiqatı obyektləri aşağıdakılardır:
- tekstil lifləri, saplar, iplik;
- parçalar, trikotaj;
- geyim predmetləri, onların məcmusu, dəsti;
- burulmuş məmulatlar (saplar, kəndirlər, burazlar, troslar, şpaqatlar); - toxuma məmulatları (örgü, kordlar, krujeva, krujevalı məmulatlar, tibbi məmulatlar);
- toxunmayan materiallar (flizelin, vatin, fetr, keçən) və onlardan olan məmulatlar;
- dəri materialları və məmulatları;
- xalça məmulatları;
- ədyallar;
- lifli materiallardan konkret həcmlər (pambıq topası);
- ekspert tədqiqatı üçün lifli materiallar və onların məmulatlarından nümunələr;
Obyektin mövcud olma formasından asılı olaraq lifli materialların ekspertizasının vəzifələri aşağıdakılardır:
Diaqnostika vəzifələri – bu aşağıda göstərilənlərin müəyyən edilməsidir: - daşıyıcı obyektlərdə tekstil lifləri, sapların, parçalarınm, trikotajların izlərinin – hissəciklərin, fraqmentlərinin mövcudluğu faktı;
- obyektlərin istehsal üsulu;
- müəyyən növdən olan təsir (termik, kimyəvi, bioloji) nəticəsində dəyişmiş obyektin görünüşü;
- dəyişikliyə məruz qalmış obyektin məqsədli təyinatı;
- obyektlərin izəmələgətirmə və işqəbuletmə qabiliyyətləri;
- liflərin parçalanması və qarşılıqlı təsir mexanizmləri;
- lifli materiallardan olan obyektlərin dağılma və dəyişmə səbəbləri.
Eyniləşdirmə vəzifələri müstəqil və aralıq vəzifələri kimi – aşağıda göstərilənlərin müəyyən edilməsidir:
- ümumi növ (qrup) məxsusluğu;
- hazırlanma, saxlanma və istismar əlamətləri üzrə ümumi mənşə mənbəəsi; - səthin relyef əksetdirmələri üzrə fərdi-müəyyən edilmiş obyekti; - qatı maddələrdəki izlər üzrə fərdi-müəyyən edilmiş obyekti; - lifli təbiətli obyektlərin mənşəyinin ümumi mənbəəsi; - geyim dəstlərinin digər predmetlərlə təmsalı qarşılıqlı fəaliyyəti faktı.
2. Metalların və ərintilərin məhkmə-ekspert tədqiqatının obyekti metallar və ərintilərdən hazırlanmış məmulatlar, məmulatların xüsusi hissələri, metalların məmulatlarının alınmasında istifadə olunan xammal materiallar, iz-daşıyıcılardakı metal hissəciklərinin izləri, metalların, ərintilərin müəyyən məhsullarının hazırlanmasının texnoloji prosesləridir.
Bilavasitə obyektlər aşağıdakılardır:
- əsası dəmir olan ərintilərdən (polad, çuqun v.s) hazırlanmış məmulatlar və onların hissələri;
- əlvan metal (mis, alüminum v.s) və onların ərintilərindən hazırlanmış məmulatlar və onların hissələri;
- nəcib metallardan (qızıl, gümüş v.s.) olan xammal, qırıntı, məmulat və örtüklər;
daşıyıcı predmetlərdə olan metal izləri;
- zavod istehsalçı tərəfindən hazırlanmış konkret məhsullar;
- ekspert tədqiqatı üçün nümunələr və metal və ərintilərdən hazırlanmış konkret nümunələr;
Metal və ərintilərin ekspert tədqiqatının məsələləri:
- metalın (ərintinin) metalşünaslıqda qəbul edilmiş müəyyən növə mənsubluğunun müəyyən edilməsi;
- daşıyıcı predmetlər üzərində metal izlərinin və mikrohissəciklərinin mövcudluğu;
- mikrohissəciklərdə təbəqələşmənin formalaşma mexanizmi;
- metal və ərinti obyektlərinin dağılmasının xarakteri və səbəbi;
- müqayisə olunan metal və ərinti obyektlərinin qrup və cins mənsubiyyəti; - metal və ərinti obyektlərinin, xammalların mənbəyi (ümumi, tək);
- metal hissələrin (mikrohissələrin) konkret vahid tama məxsusluğu;
- məmulatların, aqreqatların hazırlanma xüsusiyyətləri;
- məhsulun konkret zavod – istehsalçıya məxsusluğu.
3. Tədqiqat obyektinə şüşə, keramika, tikinti materialları, onlardan hazırlanmış məmulatlar, məmulatların xüsusi hissələri, şüşə, keramika və tikinti materiallarının istehsalında istifadə olunan xammal materialları, daşıyıcı əşyalarda olan şüşə, keramika və tikinti materiallarının izləri, müəyyən məhsulların hazırlanmasının və alınmasının texnoloji prosesləri aiddir.
Bilavasitə obyektlərə aiddir:
- şüşədən hazırlanmış məmulatlar: fara səpələyiciləri, zədə yetirməyən şüşələr (stalinit və tripleks), elektrolampaların kolbaları, güzgü, tara və qab-qacaq şüşələri (butulka, stəkan, güldan), bijuteriya şüşələr, şüşə lövhələr (pəncərə, vitrin, tündləşdirilmiş şüşələr), şüşə bloklar, steklovat və şüşə parçaları;
- keramik məmulatlar: kobud məsaməli keramika (kərpic, kirəmit, keramik plitələr və s.), kobud sıx keramika (turşuyadavamlı kərpiclər, döşəmə plitələri və s.), nazik məsaməli keramika (saxsı, yarımçini, şirəli-mayolika), nazik məsaməli keramika (çini, əksər odadavamlılar və s.);
- silikat materiallardan məmulatlar: silikatlı kərpiç, sement, beton, tikinti məhsulları (sementli, əhəngli, gips);
- şüşə, keramika və silikat materiallardan olan xammallar, fraqmentlər, yarımfabrikatlar;
Şüşə, keramika və silikat materialların məhkəmə ekspert tədqiqatının məsələləri tədqiq olunan obyektin materiala və məmulata məxsusluğunun, qrup və cins mənsubiyyətinin, konkret məmulatla eyniliyinin, eləcə də məmulatın dağılma mexanizminin, istismar xüsusiyyətlərinin və s. müəyyən edilməsindən ibarətdir.
4. Neft məhsullarının və yanacaq-sürtkü materiallarının (NM və YSM) məhkəmə-ekspertizası tədqiqatı obyektlərinə:
- Tezalışan neft məhsulları (TANM) xüsusilə, qəsdnən yandırma, meyitlərin yandırılması və s. hallarda, həmçinin neft məhsullarının (NM) oğurluğu və saxtakarlaşdırılması ilə əlaqədar tədqiq olunur;
- Sürtkü materialları (SM) yol-nəliyyat hadisələri, həmçinin soyuq və odlu silahların istifadəsi ilə əlaqədar tədqiq olunur;
- Bərk neft məhsulları (BNM) ölümlə, oğurluqla və yol-nəqliyyat hadisələri ilə əlaqədar müxtəlif cinayət işlərində tədqiq olunur;
NM və YSM-nın məhkəmə-ekspertizası tədqiqatı obyektləri bilavasitə aşağıdakı halları əhatə edir:
- Neft və neft məhsulları (tezalşan neft məhsulları, bərk neft məhsulları), YSM, həmçinin təbii mənşəli sürtkü materialları;
- Daşıyıcı əşyalarda (geyim nümunələrində,alətlərdə, yaxud bədən hissələrində) ola biləcək NM və YSM-nın izləri;
- Ekspert tədqiqatı üçün nümunələr;
Neft məhsullarının və yanacaq-sürtkü materiallarının məhkəmə-ekspertizası tədqiqatının həll etdiyi məsələlər;
- Neftin emalı məhsullarınına aid olmasını müəyyənləşdirmək məqsədi ilə naməlum şəraitdə əmələ gələn maddələrin aşkarlanması və təbiətinin təyin edilməsi;
- Tədqiqata təqdim edilmiş NM və YSM-nın növünün, markasının təyin olunması ilə onun mövcud olan elmi-texniki göstəricilərə və əmtəə təsnifatlarına uyğun olması;
- Ekspert tədqiqatına təqdim olunmuş NM və YSM-nın təyinatı və tətbiqi;
- NM və YSM-nın qrup mənsubiyyətinin müəyyənləşdirilməsi;
- Hazırlanma yerinə görə vahid mənbəyin müəyyən edilməsi (konkret neft emal edən zavod, eyni partiyanın buraxılışı), istismarı;
- Araşdırılan hadısə ilə əlaqədar olaraq NM və YSM-nın müxtəlif hissələrinə görə kütlələrin eyniləşdirilməsi;
- NM, YSM-nın konkret miqdarının qarışıqlarda təyini;
- NM və YSM-nın modifikasiyasının-şəklidəyişməsinin səbəbi və xarakteriskasının təyini;
Neft məhsullarının və yanacaq-sürtkü materiallarının məhkəmə-ekspertizası tədqiqatının həll etdiyi suallar;
- Tədqiqat obyekti NM və YSM-larına aiddirmi;
- Təqdim olunan obyekt (növünə, markasına, təyinatına, istifadə sahəsinə görə) hansı qrupa aiddir;
- Qarışıqdakı NM və YSM-ı miqdarı nə qədərdir;
- Tədqiqat obyektində NM və YSM-nın izləri vardırmı, əgər vardırsa, hansı növə aiddir;
- Tədqiqata təqdim olunmuş NM və YSM-ı istismar olunurmu, və tərkibində hansı qatışıqlar var;
- Müqayisə olunan tədqiqat obyektləri NM və YSM-na aiddirmi, qrup və növ mənsubiyyətinə görə eynidirlərmi (həcminə, izinə, ləkəsinə görə);
- Müqayisə olunan tədqiqat obyektləri NM və YSM-na aiddirmi, ümumi hazırlanma texnologiyasına, istismar şərtlərinə malikdirlərmi (həcminə, izinə, ləkəsinə görə);
5. Hadisə yerinin əşya şəraitinin müxtəlif elementləri – boyanmış səthli əşyalar və polimer materiallardan olan məmulatlar, lak-boya materialları və onları təşkil edən komponentlər, lak-boya materialları ilə işləmək üçün alət və qurğular, boyanmış əşyaların kontakt qarşılıqlı təsiri izləri, onların hazırlanması üçün mexanizm və avadanlıqlar lak-boya materialları, lak-boya örtüləri və polimer materiallarının (gələcəkdə LBM, LKÖ və PM) məhkəmə-ekspert tədqiqatının obyektləridir.
LBM, LKÖ və PM məhkəmə-ekspert tədqiqatının bilavasitə obyektləri aşağıdakılardır:
- çoxlu sayda əşyaların (cinayət aləti və ya cinayət qəsdinin əşyaları olmuş nəqliyyat vasitələri, seyflər, məişət əşyaları) lak-boya materialları və lak-boya örtüləri; - xammal komponentləri və müxtəlif təyinatlı polimer materiallardan məmulatlar (plyonkalar, iplər, furnitura (yardımçı materiallar), kabel sənayesi məmulatları, avtonəqliyyat vasitələrinin polimer detalları, rezin məmulatlar – avtomobil şinləri, şlanqlar);
- hadisə yerində və ya əşya-daşıyıcılarda izlərdə qatlarda aşkar edilmiş, boyanmış səthli əşyalardan ayrılmış LBÖ hissəcikləri;
- cinayət hadisəsi ilə əlaqədar dağılmaya, dəyişikliyə məruz qalmış polimer materialın (məmulatın) hissəcikləri;
- izlərin LBM, PM və ya boyanmış əşya ilə kontakt qarşılıqlı təsirinin əşyaları-izləri;
- təxmini ümumi mənşə mənbəyinə (hazırlanma, saxlanma, istifadə yeri üzrə) malik olan səpələnən və ya duru LBM-nın ayrı-ayrı həcmləri, həmçinin konkret və istifadə üçün hazır LBM-nın hazırlanması üçün istifadə edilmiş LBM-nın komponentlərinin (birləşdiricilər, piqmentlər, aşqarlar) ayrı-ayrı həcmləri;
- konkret boyanmış əşyanın və ya polimer materialın konkret kütləsinin LBM və LBÖ-nün ekspert tədqiqatı üçün nümunələr;
LBM, LBÖ və PM-nın məhkəmə-ekspert tədqiqatının aşağıdakı vəzifələri vardır:
maddənin LBÖ, LBM, PM-na aid edilməsi məqsədilə onun xüsusiyyətinin, həmçinin onun tərkibi və təyinatının müəyyən edilməsi;
- konkret obyektlərin (əşyaların lak-boya örtülərinin, lak-boya materiallarının həcmlərinin, polimer materiallardan olan məmulatların) eyniləşdirilməsi üçün LBM, LBÖ və PM-nın mikrohissəcikləri və mikroizlərinin uyğunluğunun müəyyən edilməsi;
- LBÖ, LBM, PM-nın müqayisə edilən obyektlərinin ümumi mənşə, qrup şəklində mənsubluğunun müəyyən edilməsi;
- konkret boyanmış əşyanın ayrı-ayrı hissələr və ya əşya-daşıyıcılarda izlər-qatlar üzrə eyniləşdirilməsi;
- tədqiq edilən obyektlərin (piyada geyimi ilə olan nəqliyyat vasitəsi, iki nəqliyyat vasitəsi, konkret boyanmış əşyalı sındırma aləti) kontakt qarşılıqlı təsiri faktı və mexanizminin müəyyən edilməsi;
- əşyanın yenidən rənglənməsi faktı və üsulunun müəyyən edilməsi.
6. Polimerlər çoxlu sayda təkrarlanan hissəciklərdən ibarət olan yüksəkmolekullu birləşmələrdir. Onlar üzvi və ya qeyri-üzvi təbiətə malik kristal və amorf maddələrdir. Polimer materiallarının ekspertizası polimer materiallardan hazırlanmış məmulatların (plastmas, rezin və s.) növünü, hadisənin halları ilə bağlı xarici təsirdən (mexaniki, texniki, kimyəvi) asılı olaraq onların keyfiyyətinin dəyişilməsinin səbəb və şəraitini müəyyən etmək məqsədilə keçirilir. Ekspertizanın obyektlərinə qablaşdırıcı materiallar, nəqliyyat vasitələrinin detalları, kabel və məftillərin izolyasiya qatları, lentləri, izolyasiya materialları, ayaqqabı materialları (rеzin, təbii və süni dəri), düymə, qab və məişətdə geniş yayılmış məmulatlar və materiallar aiddir.
Obyektlər ekspertizaya tam şəkildə təqdim olunur. Polimerlərin izləri predmetlə və ya üzlüyü ilə birlikdə götürülür. Əgər predmet daşıyıcının bütövlükdə götürülməsi mümkün olmadıqda polimer qarışıq götürülür. Müqayisəli tədqiqat üçün predmet bütövlükdə və ya bir neçə tərəfindən kəsilərək hər biri ayrıca qablaşdırılmaqla götürülür.
Polimer materialların və onlardan hazırlanmış məmulatların ekspertizasının növləri aşağıdakılardır:
1. Polimer materiaların və məmulatların tədqiqi.
2. Plastmasların və onlardan hazırlanmış məmulatların tədqiqi.
Plаstmаslаr sаdə-tərkibləri pоlimеr mаtеriаldаn və mürəkkəb-tərkiblərində pоlimеr mаtеriаldаn bаşqа dоldurucu, plаstifikаtоr, rəngləyicilər və digər kоmpоnеntlərdən ibаrət оlаn matriallardır.
Rеzinlər kаuçukdаn və yа kаuçuk qаrışıqlаrındаn vulkаnizаsiyа tеzləndiricilərindən, dоlduruculаrdаn, plаstifikаtоr və s. kоmpоnеntlərdən ibаrətdir.
- Plаstmаs, rеzin və оnlаrdаn hаzırlаnmış məmulаtlаrın məhkəmə еkspеrtizаsının əsаs məsələlərinə aiddir:
- plаstmаs izоlyаsiyаlı hissələrin (аvtоmоbil hissələrinin) üzərinə çəkilmiş rеzinin tipini, ticаrət mаrkаsını müəyyən еtmək;
- materilalın mənbə və mənşəyini müəyyən еtmək;
- müqаyisə еdilən оbyеktlərin ümumi cins və qrup mənsubiyyətini müəyyən еtmək.
7. Spirttərkibli mayelərin (sonradan STM) məhkəmə ekspertizası obyektlərinə spirtlər, araqlar, konyaklar, likörlər, zavod və kustar şəraitdə hazırlanmış şərablar, ev şəraitində hazırlanmış məhsullar (braqa, çaça, samoqon), tərkibində spirt olan digər təyinatlı mayelər, STM izləri daşıyan predmetlər, STM istehsal edən texnologiyalar aiddir.
STM-in məhkəmə ekspertizasının obyektləri aşağıdakılardır:
- Müxtəlif təyinatlı məqsədlər üçün fərdi müəyyən edilmiş STM həcmləri, o cümlədən fərqli təbiətə malik digər mayelərlə qarışıq şəkildə olan STM həcmləri;
- Sənaye üsulu ilə (zavod) hazırlanmış spirttərkibli mayelər (spirtlər, araqlar, konyaklar, şərablar), saxtalaşdırılmış məhsullar;
- Kustar üsulla hazırlanmış spirttərkibli mayelər ( samoqon, çaça, nastoyka); - Müxtəlif əşya daşıyıcılarda olan spirttərkibli maye izləri;
- Tünd spirtli içkilərin kustar üsulla hazırlanmasında istifadə olunan qurğular,mexanizmlər, konstruksiyalar, cihazlar;
- Müəyyən müəsisələrin, məhsul partiyalarının spirttərkibli mayelərə aid nümunələri;
- Dövlət standartlarının texniki və normativ sənədləri;
- Tədqiqat predmetinə aid məlumatlar olan cinayət işinin materialları. - STM-in məhkəmə ekspertizasının həll etdiyi məsələlər:
- STM-in istehsal metodunun müəyyən edilməsi;
- STM-in növ və qrup mənsubiyyətinin müəyyən edilməsi;
- STM-in növ müxtəlifliyinə görə müvafiq standartlara uyğunluğunun müəyyən edilməsi;
- Hazırlanma üsuluna (qaydasına) və yerinə (istehsalat) görə STM-in ümumi mənbəyinin müəyyən edilməsi;
- Tədqiq olunan hadisə ilə bağlı hissələrə bölünmüş STM həcmlərinin eyniləşdirilməsi.
8. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, dərman vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin tədqiqi.
Bu ekpertiza növünün obyektləri narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, dərman vasitələri, güclü təsir edən və zəhərli maddələr;
- qeyri-qanuni yarımsintetik və sintetik narkotik vasitələr və ya psixotrop maddələr (heroin, amfetamin və onun törəmələri);
- kustar üsulla hazırlanmış narkotik vasitələrin, psixotrop maddələrin,prekursorların məhlulları (heroinin, efedronun, tiryəkin məhlulları);
- zavod üsuluyla hazırlanmış və ya aptek şəbəkəsində hazırlanmış, tərkiblərində narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, güclü təsir edən maddələr olan dərman preparatları;
- narkotik vasitələr,psixotrop maddələrin, güclü təsir edən maddələrin analoqları: - hazırlama, qablaşdırma, istifadə, saxlama, nəqletmə prosesləri zamanı əşya daşıyıcılarında olan mikrohissəciklər;
- narkotik vasitələrin hazırlanmasında istifadə olunan avadanlıq;
Narkotik vasitələr, psixotrop maddələr, prekursorların ekspertizası aşağıdakı məsələləri həll edir:
- naməlum maddənin təbiətinin və onun hər hansı bir narkotik vasitəyə, psixotrop maddəyə, prekursorlara , güclü təsir edən və zəhərli maddələr aid edilməsinin müəyyən edilməsi;
- narkotik vasitələr, psixotrop maddələr, prekursorların, güclü təsir edən və zəhərli maddələrin əşya daşıyıcılarında aşkar edilməsi.
MEM məhkəmə ekspertizası fəaliyyəti sahəsində qanunvericiliklə müəyyənləşdirilmiş vəzifələrini ISO/IEC 17025 standartına uyğun keyfiyyət menecment sisteminə və qanunvericilikdə əks olunmuş insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertin müstəqilliyi, elmin və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanaraq, müvafiq keyfiyyət sistemi standartlarına uyğun olaraq bütün müştərilərinin və əməkdaşlarının tələblərini yerinə yetirəcək və məmnuniyyətini təmin edəcək şəkildə həyata keçirir.
MEM məhkəmə ekspertizası fəaliyyəti sahəsində qanunvericiliklə müəyyənləşdirilmiş vəzifələrini ISO/IEC 17025 standartına uyğun keyfiyyət menecment sisteminə və qanunvericilikdə əks olunmuş insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertin müstəqilliyi, elmin və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanaraq, müvafiq keyfiyyət sistemi standartlarına uyğun olaraq bütün müştərilərinin və əməkdaşlarının tələblərini yerinə yetirəcək və məmnuniyyətini təmin edəcək şəkildə həyata keçirir.
MEM məhkəmə ekspertizası fəaliyyəti sahəsində qanunvericiliklə müəyyənləşdirilmiş vəzifələrini ISO/IEC 17025 standartına uyğun keyfiyyət menecment sisteminə və qanunvericilikdə əks olunmuş insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertin müstəqilliyi, elmin və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanaraq, müvafiq keyfiyyət sistemi standartlarına uyğun olaraq bütün müştərilərinin və əməkdaşlarının tələblərini yerinə yetirəcək və məmnuniyyətini təmin edəcək şəkildə həyata keçirir.
MEM məhkəmə ekspertizası fəaliyyəti sahəsində qanunvericiliklə müəyyənləşdirilmiş vəzifələrini ISO/IEC 17025 standartına uyğun keyfiyyət menecment sisteminə və qanunvericilikdə əks olunmuş insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertin müstəqilliyi, elmin və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanaraq, müvafiq keyfiyyət sistemi standartlarına uyğun olaraq bütün müştərilərinin və əməkdaşlarının tələblərini yerinə yetirəcək və məmnuniyyətini təmin edəcək şəkildə həyata keçirir.
MEM məhkəmə ekspertizası fəaliyyəti sahəsində qanunvericiliklə müəyyənləşdirilmiş vəzifələrini ISO/IEC 17025 standartına uyğun keyfiyyət menecment sisteminə və qanunvericilikdə əks olunmuş insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertin müstəqilliyi, elmin və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanaraq, müvafiq keyfiyyət sistemi standartlarına uyğun olaraq bütün müştərilərinin və əməkdaşlarının tələblərini yerinə yetirəcək və məmnuniyyətini təmin edəcək şəkildə həyata keçirir.