“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”.

“Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”.

“İnsan hüquqlarının qorunması Azərbaycan dövlətinin əsas prinsiplərindən biridir.”

“Bizim gördüyümüz işlərin tarixi də göstərir, qarşıya hansı vəzifəni qoyuruqsa, onu da həll edirik.”

Şöbədə aparılan 2 ekspertiza növü üzrə 3 ekspert ixtisasının 9 tədqiqat metodu Türk Akreditasyon Kurumu (TÜRKAK) İdarə Heyətinin 14 may 2013-cü il tarixli qərarı ilə ISO/IEC 17025 ”Sınaq və kalibrasiya laboratoriyalarının yetərliliyi üçün ümumi şərtlər” standartı üzrə akkreditə edilmişdir.

Azərbaycanda məhkəmə-xətşünas ekspertlərin fəaliyyətinin başlandığı dövr 1938-ci ilə təsadüf edir. Həmin il Bakı şəhərində Azərbaycan SSR Xalq Ədliyyə Komissarlığı nəzdində kriminalistik kabinet təşkil olunmuşdur. Burada ayrı-ayrı qrafik ekspertizalar keçirilirdi. Lakin bu, məhkəmə və istintaq orqanlarının tələbatını tam şəkildə ödəyə bilmirdi və buna görə də, Azərbaycan məhkəmə orqanları üçün ekspertizalar Gürcüstan elmi-tədqiqat kriminalistik laboratoriyasında aparılırdı.

Azərbaycanda milli məhkəmə xətşünas-ekspert kadrların fəaliyyətinin başlanğıcı professor K.Q.Sarıcalinskayanın adı ilə bağlıdır. O, Moskva şəhərində xüsusi ekspert hazırlığı keçərək 1949-cu ildən ekspert-xətşünas kimi fəaliyyət başlamışdır. Respublikamızda sonrakı dövrdə ekspert-xətşünasların hazırlanması 1960-cı ildə nazirlər Sovetinin hüquq komissiyası yanında Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunun yaradılması ilə bağlıdır. Q.H.Kazımov, Ü.A.Mayılov, Ə.S.Məlikov, H.Ə.Musayev və bir sıra peşəkar xətşünas-ekspertlər məhz bu institutda hazırlanmışdır.

Əlyazmalar və səslərin ekspertizaları şöbəsi tərəfindən aşağıdakı ixtisaslar üzrə ekspertizalar aparılır:

Məhkəmə-xətşünaslıq ekspertizası - xətt və imzaların tədqiqi
Məhkəmə-müəllifşünaslıq ekspertizası - yazılı nitqin tədqiqi
Audio və videoyazıların məhkəmə ekspertizası - səsin və şifahi nitqin tədqiqi; audio və videoyazıların şərait, vasitə, material və izlərinin tədqiqi
Məhkəmə-linqvistik ekspertizası - nitq fəaliyyəti məhsullarının tədqiqi

MƏHKƏMƏ - XƏTŞÜNASLIQ EKSPERTİZASI

Məhkəmə-xətşünaslıq ekspertizası əlyazma mətnlərin, imzaların, rəqəmli yazıların konkret icraçısının, qrup mənsubiyyətinin və icra olunma şəraitinin müəyyən edilməsi məqsədi ilə aparılır.

Bu ekspertizanın tədqiqat obyektləri sənədlər, bir sıra hallarda isə müxtəlif səthlər (əl, divar, döşəmə, qapı və s.) üzərində olan əlyazma mətnlərin (hərf və rəqəmli yazılar) və imzaların icra olunduqları xətlərdir.

MƏHKƏMƏ - MÜƏLLİFŞÜNASLIQ EKSPERTİZASI

Məhkəmə-müəllifşünaslıq ekspertizası sənədin müəllifini, onun sosial-demoqrafik simasını müəyyənləşdirmək üçün aparılır.
Məhkəmə-müəllifşünaslıq ekspertizasının tədqiqat obyektləri sənədlərin (əlyazmaların və ya çap üsulu ilə yazılmış) yazılı məzmunudur (yazı nitqi).

AUDİO VƏ VİDEOYAZILARIN MƏHKƏMƏ EKSPERTİZASI

Audio və videoyazıların məhkəmə ekspertizası şifahi nitqi və ifadə edən şəxsi, onun sosial-demoqrafik simasını, səsyazmanın icra olunduğu şəraiti, səsyazma vasitələrinin xüsusiyyətlərini müəyyənləşdirmək məqsədi ilə aparılır.
Bu ekspertizanın əsas tədqiqat obyektləri maqnit lentlərinə və ya başqa informasiya daşıyıcılarına yazılmış danışıq və qeyri-danışıq (akustik) siqnallardır.

Audio və videoyazıların məhkəmə ekspertizasının predmetinə aşağıdakı məsələlər daxildir:
Eyniləşdirici məsələlər:

- nitqinə və səsinə görə danışanın (diktorun) eyniləşdirilməsi;
- səslənən mətnə görə onun müəllifinin müəyyən edilməsi;
- səsyazma vasitələrinin eyniləşdirilməsi;
- qeyri-danışıq (akustik) səs siqnallarının mənbəyinin eyniləşdirilməsi.

Eyniləşdirici olmayan məsələlər:
- danışanın(diktorun) səsinə və nitqinə görə xüsusiyyətlərinin diaqnostikası;
- səsləndirilmiş mətnə görə onun müəllifinin xüsusiyyətlərinin diaqnostikası;
- danışığın məzmununun müəyyənləşdirilməsi;
- səslənmiş mətnin əlaqəliliyinin və bütövlüyünün müəyyənləşdirilməsi;
- danışığın yazılması anında danışanın halının (vəziyyətinin) diaqnostikası; - səslənmiş mətnin spontanlığının və ya əvvəlcədən hazırlandığının müəyyənləşdirilməsi;
- səsyazma vasitələrinin diaqnostikası;
- qeyri-danışıq səs siqnallarının mənbəyinin diaqnostikası;
- fonoqramın orcinallığının (ilkinliyinin) müəyyənləşdirilməsi;
- fonoqramda montac əlamətlərinin müəyyənləşdirilməsi;
-f onoqramın məzmununda yazılış zamanı və ya ondan sonra hər hansı
dəyişikliyin olub-olmamasının, kəsilməzliyin (davamlığın) müəyyənləşdiriməsi.

MƏHKƏMƏ-LİNQVİSTİK EKSPERTİZASI

Məhkəmə-lnqvistik ekspertizası mətnlərdə mənaların aşkar olunması və onların ifadə olunmasının formaları (faktların və hadisələrin təsdiq olunması, ehtimallar, fikirlər, qiymətləndirici qərarlar), mətndə işlənmiş ifadənin həcminin və məzmununun, təhqir, böhtan və ya işgüzar nüfuzun alçaldılmasına yol verilib-verilməməsinin müəyyən olunması məqsədi ilə aparılır.

ENFSİ
enfsi

MEM məhkəmə ekspertizası fəaliyyəti sahəsində qanunvericiliklə müəyyənləşdirilmiş vəzifələrini ISO/IEC 17025 standartına uyğun keyfiyyət menecment sisteminə və qanunvericilikdə əks olunmuş insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertin müstəqilliyi, elmin və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanaraq, müvafiq keyfiyyət sistemi standartlarına uyğun olaraq bütün müştərilərinin və əməkdaşlarının tələblərini yerinə yetirəcək və məmnuniyyətini təmin edəcək şəkildə həyata keçirir.

https://expert.bakinity.az/certificates/enfsi/
TÜRKAK

https://expert.bakinity.az/certificates/turkak/
İSO

https://expert.bakinity.az/certificates/iso/
İLAC

https://expert.bakinity.az/certificates/ilac/
IAF

https://expert.bakinity.az/certificates/iaf/