“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”.

“Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”.

“İnsan hüquqlarının qorunması Azərbaycan dövlətinin əsas prinsiplərindən biridir.”

“Bizim gördüyümüz işlərin tarixi də göstərir, qarşıya hansı vəzifəni qoyuruqsa, onu da həll edirik.”

Türkiyənin məhkəmə ekspertizası idarələri ilə 2026-cı il üzrə iş planı imzalanıb

Dekabrın 26-da “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq tərəfdaş məhkəmə ekspertizası idarələrinin rəhbərlərinin növbəti görüşü baş tutub. Onlayn qaydada keçirilən görüşün məqsədi cari ildə həyata keçirilən tədbirlərin nəticələrinin müzakirəsi və 2026-cı il üzrə İş Planının təsdiq olunması olub.

Görüşdə Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Jandarma Baş Komandanlığının Məhkəmə Ekspertizası İdarəsinin rəisi Sinan Şen, Təhlükəsizlik üzrə Baş Direktorluğun Məhkəmə Ekspertizası İdarəsinin rəisi Tuncay Ankara, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, baş ədliyyə müşaviri Elşən Albəndov və hər iki tərəfin sahə üzrə mütəxəssisləri iştirak ediblər.

Tədbir zamanı məhkəmə ekspertizası sahəsində mövcud əməkdaşlığın aktual məsələləri müzakirə olunub, tərəflərin qarşılıqlı imkanlarından səmərəli istifadənin vacibliyi vurğulanıb, müsbət təcrübənin paylaşılmasının əhəmiyyəti qeyd edilib.

Bildirilib ki, ötən il ərzində əməkdaşlıq çərçivəsində keçirilən 12 tədbirdə Mərkəzin 30 mütəxəssisi iştirak edib, tədqiqat metodlarının təkmilləşdirilməsi məqsədilə yaradılmış 4 işçi qrupu fəaliyyətini davam etdirib. Eyni zamanda, yeni məhkəmə ekspertizası ixtisaslarının yaradılması və əməkdaşlığın daha da genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda tərəflərin ehtiyac və təklifləri nəzərə alınmaqla 2026-cı il üzrə İş Planı ətraflı müzakirə edilib, müvafiq təkmilləşdirmələr aparılaraq təsdiq olunub. Plan çərçivəsində növbəti il ərzində tərəfdaş qurumlar arasında 8-i təlim olmaqla ümumilikdə 12 mövzu üzrə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

ENFSİ
enfsi

MEM məhkəmə ekspertizası fəaliyyəti sahəsində qanunvericiliklə müəyyənləşdirilmiş vəzifələrini ISO/IEC 17025 standartına uyğun keyfiyyət menecment sisteminə və qanunvericilikdə əks olunmuş insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertin müstəqilliyi, elmin və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanaraq, müvafiq keyfiyyət sistemi standartlarına uyğun olaraq bütün müştərilərinin və əməkdaşlarının tələblərini yerinə yetirəcək və məmnuniyyətini təmin edəcək şəkildə həyata keçirir.

https://expert.bakinity.az/certificates/enfsi/
TÜRKAK

https://expert.bakinity.az/certificates/turkak/
İSO

https://expert.bakinity.az/certificates/iso/
İLAC

https://expert.bakinity.az/certificates/ilac/
IAF

https://expert.bakinity.az/certificates/iaf/