“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”.
Ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü bütün ədliyyə orqanlarında böyük ruh yüksəkliyi ilə geniş qeyd olunur.
Əsrə bərabər zəngin və şərəfli tarixi yol keçən Azərbaycan ədliyyəsinin yaranmasından 105 il ötür. Ulu Öndərin qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq inkişaf edən Ədliyyə Nazirliyi möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə geniş vüsət alan məhkəmə-hüquq islahatları çərçivəsində günbəgün müasirləşir.
Bayramla əlaqədar təşkil olunan silsilə tədbirlər sırasında Məhkəmə Ekspertizası Mərkəzində təntənəli yığıncaq təşkil olunub. Tədbirdə Mərkəzin əməkdaşları, o cümlədən gənc mütəxəssislər və könüllülər, habelə Mərkəzdə uzun müddət çalışmış ədliyyə veteranları iştirak ediblər.
Yığıncaqda bir əsrdən artıq tarixi olan Azərbaycan ədliyyəsinin keçdiyi inkişaf yolundan bəhs olunub, bayram münasibətilə hazırlanmış qısametrajlı film nümayiş etdirilib.
Peşə bayramı günü münasibətilə əməkdaşları təbrik edən Mərkəzin rəisi Elçin Qasımov çıxışında builki peşə bayramının Ümummilli liderin 100 illiyinin qeyd olunması ilə əlamətdar olduğunu, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətənimizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi ilə bağlı tarixi Zəfərimizin yaşatdığı yüksək qürur hissi ilə qeyd olunduğunu bildirib.
Dövlət başçısının rəhbərliyi ilə son illər ölkəmizin davamlı tərəqqisi, o cümlədən ədliyyə və məhkəmə sistemində aparılan uğurlu islahatlardan danışılıb. Bayram ərəfəsində ölkə Prezidenti tərəfindən ədliyyə işçilərinin təltif edilməsinin dövlətimizin ədliyyə sisteminə göstərdiyi diqqət və qayğının növbəti təzahürü olduğu vurğulanıb.
Həmçinin, bayramla əlaqədar Nazirliyin qurumları arasında keçirilən “Xəmsə” intellektual yarışında Mərkəzin əməkdaşlarının birinci yer qazanması münasibəti ilə komanda üzvlərini təbrik edib.
Daha sonra “22 noyabr peşə bayramı günü və Azərbaycan ədliyyəsinin 105-ci ildönümü” münasibətilə Mərkəzin bir qrup əməkdaşları barəsində həvəsləndirmə tədbirlərinə dair əmrlər elan olunub.
Tədbirə dəvət olunmuş ədliyyə veteranları çıxış edərək dövlət başçısının rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin mütərəqqi islahatlar aparılmaqla təkmilləşdiyini, cəmiyyətdə yeri və rolunun əhəmiyyətli dərəcədə artdığını vurğulayıblar, məhkəmə ekspertizası fəaliyyətinin ədalət mühakiməsinin həyata keçirilməsində mühüm rolu, son dövlərdə bu sahədə aparılan islahatları qeyd ediblər, həmçinin, əməkdaşlara xoş arzularını çatdırıblar.
Tədbirdə çıxış edən Mərkəzin əməkdaşı olan şəhid ailəsi üzvü və gənc mütəxəssis ədliyyə sistemində aparılan islahatlardan, dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan danışıblar.
Bayram tədbirləri Mərkəzin Gəncə, Şəki, Şirvan və Lənkəran regional bölmələrində də qeyd olunaraq əməkdaşlar yerli ədliyyə qurumları və icra hakimiyyəti orqanları tərəfindən təşkil olunan tədbirlərdə fəal iştirak ediblər.
MEM məhkəmə ekspertizası fəaliyyəti sahəsində qanunvericiliklə müəyyənləşdirilmiş vəzifələrini ISO/IEC 17025 standartına uyğun keyfiyyət menecment sisteminə və qanunvericilikdə əks olunmuş insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertin müstəqilliyi, elmin və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanaraq, müvafiq keyfiyyət sistemi standartlarına uyğun olaraq bütün müştərilərinin və əməkdaşlarının tələblərini yerinə yetirəcək və məmnuniyyətini təmin edəcək şəkildə həyata keçirir.