“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”.

“Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”.

“İnsan hüquqlarının qorunması Azərbaycan dövlətinin əsas prinsiplərindən biridir.”

“Bizim gördüyümüz işlərin tarixi də göstərir, qarşıya hansı vəzifəni qoyuruqsa, onu da həll edirik.”

“Ədalət mühakiməsinin inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətləri” mövzusunda tədbir keçirilib

Milli dövlətçiliyimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ölkə Prezidenti İlham Əliyev tərəfindən elan olunmuş 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən Ulu Öndərin əziz xatirəsinə həsr olunan silsilə tədbirlər davam etdirilir.

Bu münasibətlə nazirliyin Məhkəmə Ekspertizası Mərkəzində “Ədalət mühakiməsinin inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətləri” mövzusunda tədbir və Ümummilli Liderin çoxşaxəli fəaliyyətinə dair kitab sərgisi keçirilib. Sərgidə dahi şəxsiyyətin həyat və fəaliyyətinə dair yerli və xarici müəlliflərin qiymətli vəsaitləri nümayiş etdirilib.

Tədbiri açan ədliyyə nazirinin müavini Eldar Nuriyev xalqımızın xilaskarı, müdrik dövlət xadimi Heydər Əliyevin hüquqi islahatların həyata keçirilməsində misilsiz xidmətləri barədə geniş məlumat verib. Ulu Öndərin müəllifi olduğu Konstitusiyanın qəbulu, hüquq sisteminin mahiyyətini müəyyən edən qanun və normativ aktların hazırlanması, eyni zamanda insan hüquqlarının müdafiəsinə etibarlı təminat verən müstəqil məhkəmə sisteminin fəaliyyətə başlaması qeyd edilib.

Bununla yanaşı hüquq-mühafizə orqanlarında da mütərəqqi islahatların aparıldığı, onların fəaliyyətinin demokratik dəyərlərə uyğun qurulduğu, insan haqlarının müdafiəsinə dair mühüm normativ aktların qəbul olunduğu bildirilib.

Mərkəzin rəis əvəzi Rahim Rəhimov tədbirdə ədalət mühakiməsinin həyata keçirilməsində və cinayətkarlığa qarşı mübarizədə mühüm rol oynayan məhkəmə ekspertizası fəaliyyətinin yaranması tarixindən bəhs edərək müasir ekspertizanın formalaşmasında Ulu Öndərin rolu barədə məlumat verib.

Eyni zamanda Mərkəzin rəis müavini Hüseyn Əlixanov Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi, ölkəmizə rəhbərliyinin bütün dövrlərində xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri, müstəqilliyimizin möhkəmləndirilməsində xilaskarlıq missiyası ilə bağlı çıxış edib.

Tədbirdə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Böyük Qələbəmizlə işğala son qoyularaq tarixi ədalətin bərpa edildiyi xüsusi vurğulanıb. Azad edilmiş ərazilərimizdə dövlət başçısının rəhbərliyi və respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəal iştirakı ilə sürətli bərpa-quruculuq işlərinin aparıldığı diqqətə çatdırılıb.

Sonda Ümummilli Liderin mənalı ömür yoluna həsr olunan film nümayiş etdirilib.

ENFSİ
enfsi

MEM məhkəmə ekspertizası fəaliyyəti sahəsində qanunvericiliklə müəyyənləşdirilmiş vəzifələrini ISO/IEC 17025 standartına uyğun keyfiyyət menecment sisteminə və qanunvericilikdə əks olunmuş insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertin müstəqilliyi, elmin və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanaraq, müvafiq keyfiyyət sistemi standartlarına uyğun olaraq bütün müştərilərinin və əməkdaşlarının tələblərini yerinə yetirəcək və məmnuniyyətini təmin edəcək şəkildə həyata keçirir.

https://expert.bakinity.az/certificates/enfsi/
TÜRKAK

https://expert.bakinity.az/certificates/turkak/
İSO

https://expert.bakinity.az/certificates/iso/
İLAC

https://expert.bakinity.az/certificates/ilac/
IAF

https://expert.bakinity.az/certificates/iaf/