“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”.
“Məhkəmə ekspertizası, kriminalistika və kriminologiyanın aktual məsələləri” elmi əsərlər məcmuəsinə təqdim ediləcək məqaləyə dair tələblər:
Məqalələr Azərbaycan, rus, ingilis və türk dillərində qəbul edilir.
- müəllif haqqında məlumat (A.S.A (tam açıq şəkildə), elmi dərəcə, təmsil etdiyi müəssisə,ünvan (poçt indeksi, ölkə, şəhər, küçə)), elektron poçt ünvanı – sağdan qeyd edilməli;
- UOT nömrə - soldan qeyd edilməli;
- Məqalənin adı (12 sözə qədər) – mərkəzdən,böyük hərflərlə yazılmalı;
- Məqalənin yazıldığı dildə “Xülasə” (100-200 söz);
- Məqalənin yazıldığı dildə “Açar sözlər” (6-8 söz);
- Məqalənin mətni;
- İstifadə edilmiş ədəbiyyat siyahısı;
- Məqalənin yazıldığı dildən əlavə 3 dildə “Xülasə” (biri türk dilində olmaqla) və “Açar sözlər” (hər üçündə müəllif haqqında məlumat və məqalənin adı göstərilməli).
Xülasədə tədqiqatın məqsədi, metodologiyası, tətbiqi əhəmiyyəti, nəticələri, orijinallığı və elmi yeniliyi qısa şəkildə əks etdirilməlidir.
Təqdim edilən məqalələrin mətni Giriş, Əsas mətn (yarımbaşlıqlar istifadə edilə bilər) və Nəticə hissələrindən ibarət olmalıdır. Girişin məzmunu müəllif tərəfindən müəyyən edilir. Mətndə yarımbaşlıqlar olduğu halda, onların adı ortadan, qalın şriftlə verilir. Nəticədə tədqiqatın əsas nəticələri ümumiləşdirilmiş şəkildə verilir.
- Format – A4;
- Times New Roman - 12 şrift;
- İnterval -1;
- Həcmi 6 - 10 səhifə;
- Məsafələr: sol – 3 sm; sağ – 1,5 sm; aşağıdan – 2 sm; yuxarıdan – 2 sm;
- Cədvəllər, şəkillər, diaqramlar, sxemlər və qrafiklər rənqli və yüksək keyfiyyətli olmalıdır.
Məqalələr Mərkəzin Elmi-metodiki iş və təlim idarəsinə, həmçinin Mərkəzin elektron poçt ünvanına info@expert.gov.az göndərilə, eləcə də Mərkəzin saytı üzərindən www.expert.gov.az təqdim oluna bilər (Elmi-metodiki iş və təlim idarəsinin əlaqə nömrəsi (012)598-05-43; elektron poçt ünvanı: aysel.kishiyeva@justice.gov.az)
Fəlsəfə doktoru proqramı üzrə doktoranturada və yaxud dissertanturada təhsil alan müəlliflər məqalə təqdim edərkən məqaləyə elmi rəhbərin rəyi də əlavə olunmalıdır.
Ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına və s. üstünlük verilməlidir. Mətnin altında sətiraltı istinadlar məqsədəuyğun deyildir. İstinad olunan mənbənin biblioqrafik təsviri verilərkən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Dissertasiyaların tərtibi qaydaları” barədə qüvvədə olan təlimatının “İstifadə edilmiş ədəbiyyat” bölməsinin 10.2-10.4.6 tələbləri əsas götürülməlidir.
Məqalənin mətnində istinad olunmuş mənbələr ədəbiyyat siyahısında əlifba sırası ilə yazılmalı və nömrələnməlidir. İstinad olunmuş mənbənin ədəbiyyat siyahısındakı nömrəsi mətndəki istinaddan sonra kvadrat mötərizədə göstərilir. Məsələn: [115, s.32-33]
Məqalənin mətnində istifadə edilmiş mənbələr çap olunduqları dillərdə (əvvəlcə Azərbaycan, sonra türk, rus, ingilis, fransız, ərəb və s.) əlifba sırası ilə ardıcıl nömrələnərək siyahıda göstərilir. Siyahı aşağıdakı ardıcılıqla tərtib olunmalıdır: normativ-hüquqi aktlar, əlifba sırası ilə dillər üzrə ədəbiyyatlar və internet resursları.
Bütün məqalələrin plagiat proqramında unikallığı yoxlanılır (daxil olan məqalədə plagiat aşkarlanarsa və sübut edilərsə məqalə qəbul edilmir).
Bundan əlavə həmçinin, məqalələr resenzentə təqdim edilir. Resenzent məqaləyə dair öz fikirlərini, məsləhətlərini, iradlarını və məqalənin çapa qəbul edilməsi, düzəlişlər üçün müəllifə qaytarılması və yaxud çap edilməməsinə dair rəy bildirirlər.
Ədliyyə Nazirliyi
Məhkəmə Ekspertizası Mərkəzi
MEM məhkəmə ekspertizası fəaliyyəti sahəsində qanunvericiliklə müəyyənləşdirilmiş vəzifələrini ISO/IEC 17025 standartına uyğun keyfiyyət menecment sisteminə və qanunvericilikdə əks olunmuş insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertin müstəqilliyi, elmin və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanaraq, müvafiq keyfiyyət sistemi standartlarına uyğun olaraq bütün müştərilərinin və əməkdaşlarının tələblərini yerinə yetirəcək və məmnuniyyətini təmin edəcək şəkildə həyata keçirir.