“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”.

“Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”.

“İnsan hüquqlarının qorunması Azərbaycan dövlətinin əsas prinsiplərindən biridir.”

“Bizim gördüyümüz işlərin tarixi də göstərir, qarşıya hansı vəzifəni qoyuruqsa, onu da həll edirik.”

Jurnal haqqında

 “Məhkəmə ekspertizası, kriminalistika və kriminologiyanın aktual məsələləri” adlı elmi əsərlər məcmuəsi barədə

 “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Əsasnaməsi”ndə Mərkəzin məhkəmə ekspertizalarının təyin edilməsi, aparılması və eks­pert rəylərinin qiymətləndirilməsi ilə bağlı məhkəmə və hüquq-mühafizə orqanlarına elmi-metodiki köməkliyin göstərilməsi, metodik vəsaitlərin hazırlanması, məhkəmə, hüquq-mühafizə orqanları və ekspertlər üçün hazırlanmış elmi-metodik materialların nəşrinin təşkil edilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada mətbu nəşrlər təsis etməklə xüsusi bülletenlər, elmi-tədqiqat işlərinin nəticələrinə dair materiallar və digər nəşrlərin buraxılması, nəşriyyat-poliqrafiya fəaliyyətinin həyata keçirilməsi üzrə hüquq və vəzifələri təsbit olunub.

Eyni zamanda Əsasnamədə elmi-tədqiqat işlərinin aparılması, ekspert tədqiqatının yeni metod və metodikalarının hazırlanması, eləcə də təkmilləşdirilməsi onun fəaliyyət istiqamətlərinə aid edilib.

Məhkəmə ekspertizası, kriminalistika, kriminologiya və hüququn digər aidiyyəti sahələrində elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, əldə edilən nəticələrin ekspert təcrübəsində tətbiq edilməsi üzrə elmi-nəzəri, təcrübi və metodiki xarakterli problemlərin aşkar edilməsi və müzakirəsi, həmçinin fəaliyyəti ilə bağlı mühüm məsələlərin həll edilməsi məqsədilə Mərkəzdə Elmi Şura yaradılıb.

Aparılan elmi-tədqiqat işlərinin prioritet istiqamətləri ədalət mühakiməsinin hüquqi, təşkilati və metodoloji problemləri, kriminoloji araşdırmalar, məhkəmə ekspertizası və kriminalistikanın nəzəri və təcrübi məsələləri ilə bağlıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr 235 nömrəli qərarına əsasən Mərkəzdə fəlsəfə doktoru üzrə (5611.01-cinayət hüququ, kriminologiya, cəza-icra hüququ və 5612.01-cinayət prosesi, kriminalistika, məhkəmə ekspertizası, əməliyyat axtarış fəaliyyəti) doktorantura təhsili davam etdirilib.

Qeyd olunur ki, Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutu tərəfindən (hazırkı Mərkəzin sələfi) 1962-ci ildə “Məhkəmə ekspertizasının problemləri” adlı elmi jurnal təsis olunmuş, sonradan müxtəlif adlarla nəşr olunan jurnal bu gün fəaliyyətini “Məhkəmə ekspertizası, kriminalistika və kriminologiyanın aktual məsələləri” adı ilə davam etdirir. Jurnal 15.10.2010-cu il tarixdə 3267 qeydiyyat nömrəsi ilə mətbu nəşrlərin reyestrinə daxil edilib.

Jurnalda öz profilinə uyğun olaraq Mərkəzin əməkdaşları ilə yanaşı respublikanın, o cümlədən xarici ölkələrin nüfuzlu hüquqşünas alimlərinin, gənc tədqiqatçıların, məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin məqalələri dərc olunur.

Mərkəzin elmi jurnalı 30.07.2025-ci il tarixdə “Crossref” təşkilatında qeydiyyatdan keçərək beynəlxalq DOİ (Digital Object Identifier) prefiksi alıb. https://doi.org/10.64498/EVJF3350

Jurnal çap və elektron nəşr üçün müvafiq olaraq ISSN 3106-8642 və E-ISSN 3135-3851 beynəlxalq standart seriya nömrələri ilə qeydiyyata alınıb.

Jurnal elektron səhifəyə malikdir və nüsxələri elektron formatda www.expert.gov.az saytına yüklənir.

Jurnalın nəşrinin maliyyələşdirilməsi Mərkəzə dövlət büdcəsindən ayrılmış müvafiq xərclər hesabına təmin olunur.

Məhkəmə Ekspertizası Mərkəzi

Elmi-metodiki iş və təlim idarəsi

ENFSİ
enfsi

MEM məhkəmə ekspertizası fəaliyyəti sahəsində qanunvericiliklə müəyyənləşdirilmiş vəzifələrini ISO/IEC 17025 standartına uyğun keyfiyyət menecment sisteminə və qanunvericilikdə əks olunmuş insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertin müstəqilliyi, elmin və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanaraq, müvafiq keyfiyyət sistemi standartlarına uyğun olaraq bütün müştərilərinin və əməkdaşlarının tələblərini yerinə yetirəcək və məmnuniyyətini təmin edəcək şəkildə həyata keçirir.

https://expert.bakinity.az/certificates/enfsi/
TÜRKAK

https://expert.bakinity.az/certificates/turkak/
İSO

https://expert.bakinity.az/certificates/iso/
İLAC

https://expert.bakinity.az/certificates/ilac/
IAF

https://expert.bakinity.az/certificates/iaf/