Elanlar

Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı elan olunmuş müsabiqəyə yekun vurulmuşdur

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Müsabiqə Komissiyası bildirir ki, Mərkəzə işə qəbulla bağlı keçirilmiş sayca 10-cu müsabiqəyə yekun vurulmuşdur.

Müsabiqənin nəticələrinə görə keçid balını toplamış, Ədliyyə Akademiyasında xüsusi proqram üzrə keçirilmiş icbari təlimi müvəffəqiyyətlə başa vurmuş gənc mütəxəssislər Məhkəmə Ekspertizası Mərkəzində müvafiq vakant vəzifələrə stajor təyin olunmuşlar.

Yeni işə qəbul olunan gənclərin “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət bayrağı altında təntənəli surətdə andiçmə mərasimi həyata keçirilib.

.....................................................................................................................

Müsahibədə keçid balını toplamış namizədlərin icbari təlimə cəlb olunmaları barədə

Məhkəmə ekspertizası mərkəzində kadr korpusunun nəzəri və peşə hazırlığına malik kadrlar hesabına möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür, aşkarlıq şəraitində açıq müsabiqələr keçirilir.

Mərkəzdə və onun Lənkəran regional bölməsində vakant ştat vahidlərinin hazırlıqlı mütəxəssislərlə komplektləşdirilməsi məqsədilə elan edilmiş növbəti müsabiqə üzrə 56 namizədlə 2020-ci ilin 27 fevral – 11 mart tarixlərində aşkarlıq şəraitində fərdi qaydada müsahibə keçirilmişdir.

Müsahibədən 11 nəfər zəruri keçid balı toplayaraq keçmiş və Müsabiqə Komissiyası tərəfindən həmin namizədlərin may ayının 12-dən etibarən Ədliyyə Akademiyasında xüsusi proqram əsasında icbari təlimə cəlb olunmaları barədə qərar qəbul edilmişdir.

Təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçən namizədlərə peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə verilməklə onların qulluğa qəbul məsələsi həll olunacaqdır.

08.05.2020.

.....................................................................................................................

28.11.2019. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilir.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin kadr korpusunun açıq müsabiqələr əsasında yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik mütəxəssislərlə komplektləşdirilməsi tədbirləri davam etdirilir.

Hazırda Mərkəzin Müsabiqə Komissiyası tərəfindən aşağıdakı ixtisaslar üzrə vakant olan ştat vahidləri ilə bağlı növbəti açıq müsabiqə elan edilir.

Mərkəzdə:
-filologiya (Azərbaycan dili və ədəbiyyatı);
- kimya;
- fizika;
-nəqliyyat mühəndisliyi, yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi (yol hərəkətinin təşkili və təhlükəsizliyi);
-mühasibat uçotu və audit, maliyyə;
- energetika mühəndisliyi, mexanika mühəndisliyi, inşaat mühəndisliyi.

Mərkəzin yeni yaradılmış Lənkəran regional bölməsində:
- biologiya, kimya;
- əmtəəşünaslıq, istehlak mallarının ekspertizası və marketinqi;
- inşaat mühəndisliyi.

Göstərilən ixtisaslarlar üzrə vəzifələrdə işləmək arzusunda olan, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun tələblərinə cavab verən, ali təhsilli, yüksək hazırlığa və təcrübəyə malik Azərbaycan Respublikasının vətəndaşları müsabiqəyə dəvət olunurlar.

Müraciət edənlər cari ilin noyabr ayının 28-dən etibarən müəyyən olunmuş ərizə formasını və digər zəruri sənədləri aşağıda göstərilən ünvanlarda təqdim edə bilərlər:

- Mərkəzin inzibati binasında
(Bakı şəhəri, Xaqani küçəsi, 24, tel: (012) 498-09-71);

- Mərkəzin Gəncə regional bölməsində
(Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi 11, tel: (0222) 65-18-96);

- Mərkəzin Şəki regional bölməsində
(Şəki şəhəri, Salman Mümtaz küçəsi 1, tel: (+99470) 229-30-29);

- Mərkəzin Şirvan regional bölməsində
(Şirvan şəhəri, 20 yanvar küçəsi 16, tel: (02121) 5-55-91).

Müsahibədə iştirak etmək üçün qanunvericiliyə əsasən tələb olunan sənədlərin siyahısı və imtahana hazırlıqla bağlı “Yaddaş kitabçası” Mərkəzin internet səhifəsində (www.expert.gov.az) “İşə qəbul” bölməsində yerləşdirilmişdir, habelə bu sənədlər Mərkəzə və onun regional bölmələrinə müraciət edənlərə təqdim olunacaqdır.

Mərkəzin internet səhifəsindən, eləcə də yuxarıda göstərilən telefon nömrələrinə zəng etməklə bütün suallarla bağlı operativ informasiya almaq olar.

Ədliyyə Nazirliyinin
Məhkəmə ekspertizası mərkəzi

.....................................................................................................................

25.04.2019. Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilir.

Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin kadr korpusunun müsabiqə və şəffaflıq əsasında xüsusi biliyə və zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplektləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

Vakant ştat vahidləri Məhkəmə ekspertizası mərkəzində kimya, fizika, biologiya, yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi (yol hərəkətinin təşkili və təhlükəsizliyi), əmtəəşünaslıq, istehlak mallarının ekspertizası və marketinqi, mühasibat uçotu və audit, iqtisadiyyat, maliyyə, elektrik mühəndisliyi, mexanika mühəndisliyi, yer quruluşu, torpaq və şəhər kadastrı, inşaat mühəndisliyi, informasiya texnologiyaları, sistem mühəndisliyi, kompüter mühəndisliyi, psixologiya ixtisasları üzrədir.

Mərkəzə qulluğa qəbulla bağlı açıq müsabiqədə iştirak etmək istəyən və qanunvericiliyin tələblərinə cavab verən ali təhsilli, yüksək hazırlığa və təcrübəyə malik Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.

Arzu edənlər 2019-cu ilin aprel ayının 25-dən etibarən müəyyən olunmuş ərizə formasını və digər zəruri sənədləri aşağıda göstərilən ünvanlarda:

- Məhkəmə ekspertizası mərkəzinin inzibati binasında
(Bakı şəhəri, Xəqani küçəsi, 24, tel: (012) 498-09-71);

- Mərkəzin Gəncə regional bölməsində
(Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi 11, tel: (0222) 65-18-96);

- Mərkəzin Şəki regional bölməsində
(Şəki şəhəri, Salman Mümtaz küçəsi 1, tel: (+99470) 229-30-29);

- Mərkəzin Şirvan regional bölməsində
(Şirvan şəhəri, 20 yanvar küçəsi 16, tel: (02121) 5-55-91)

təqdim edə bilərlər.

Müsahibədə iştirak etmək üçün qanunvericiliyə əsasən tələb olunan sənədlərin siyahısı və imtahana hazırlıqla bağlı “Yaddaş kitabçası” Mərkəzin internet səhifəsində (www.expert.gov.az) “İşə qəbul” bölməsində yerləşdirilmiş, habelə Mərkəzə və onun regional bölmələrinə müraciət edənlərə veriləcəkdir.

Mərkəzin internet səhifəsindən, eləcə də yuxarıda göstərilən telefon nömrələrinə zəng etməklə bütün suallarla bağlı operativ informasiya almaq olar.

Ədliyyə Nazirliyinin
Məhkəmə ekspertizası mərkəzi

.....................................................................................................................

18.10.2017. Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinə qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edilir

Məhkəmə ekspertizası mərkəzinin Müsabiqə Komissiyası bildirir ki, həmin mərkəzə qulluğa qəbulla bağlı son müsabiqədə müvəffəqiyyət qazanmış namizədlər hazırda peşə fəaliyyətinə buraxılma məqsədilə Ədliyyə Akademiyasında icbari təlim keçirlər.

Bununla belə Məhkəmə ekspertizası mərkəzində vakant ştat vahidlərinin komplektləşdirilməsi üçün peşəkar kadrlara olan ehtiyac nəzərə alınaraq növbəti açıq müsabiqə elan edilir.

Vakant ştat vahidləri Məhkəmə ekspertizası mərkəzində əsasən filologiya (Azərbaycan dili və ədəbiyyatı), fizika, kimya, inşaat mühəndisliyi, mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi, yol hərəkətinin təşkili, yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi, eləcə də Mərkəzin Şirvan regional bölməsində kimya ixtisası üzrədir.

Ədliyyə orqanlarında qulluq keçmə ilə bağlı qanunvericiliyin tələblərinə cavab verən həmin ixtisaslar üzrə ali təhsilə malik Azərbaycan Respublikasının vətəndaşları müsabiqəyə dəvət olunur.

Arzu edənlər 2017-ci ilin oktyabr ayından etibarən müəyyən olunmuş ərizə formasını və digər zəruri sənədləri aşağıda göstərilən ünvanlarda:

03.03.2016. Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası
mərkəzinə işə qəbulla bağlı növbəti müsabiqə davam edir 

Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin kadr korpusunun müsabiqə və şəffaflıq əsasında xüsusi biliyə və zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplektləşdirilməsi üzrə tədbirlər davam etdirilir. 

Xatırladırıq ki, vakant ştat vahidləri Məhkəmə ekspertizası mərkəzində əsasən kimya, fizika, riyaziyyat, filologiya, biologiya, əmtəəşünaslıq, istehlak mallarının ekspertizası və marketinqi, psixologiya, ekologiya, ekologiya mühəndisliyi, inşaat mühəndisliyi, istilik energetikası mühəndisliyi, dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi, elektrik mühəndisliyi, mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi, yol hərəkətinin təşkili, mühasibat uçotu və audit, Mərkəzin Gəncə regional bölməsində biologiya, Şəki regional bölməsində fizika, Şirvan regional bölməsində isə kimya ixtisasları üzrədir. 

Mərkəzə qulluğa qəbulla bağlı açıq müsabiqədə iştirak etmək istəyən və qanunvericiliyin tələblərinə cavab verən ali təhsilli, yüksək hazırlığa və təcrübəyə malik Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər. 

Namizədlər müəyyən olunmuş ərizə formasını və digər sənədləri aşağıda göstərilən ünvanlarda: 

(Bakı şəhəri, Xəqani küçəsi, 24, tel.: 0124 98-09-71, 0124 93-18-52); 

- Mərkəzin Gəncə regional bölməsində 
(Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi 11, tel.: 0222 65-18-96); 

- Mərkəzin Şəki regional bölməsində 
(Şəki şəhəri, Salman Mümtaz küçəsi 1, tel.: 070 229-30-29); 

- Mərkəzin Şirvan regional bölməsində 
(Şirvan şəhəri, 20 yanvar küçəsi 16, tel.: 0212 15-55-91) 

təqdim edə bilərlər. 

Müsahibədə iştirak etmək üçün tələb olunan sənədlərin, sualların hazırlanmasında istifadə olunan hüquqi aktların siyahısı, müsahibənin keçirilməsi qaydaları, həmçinin qulluğa qəbulla bağlı digər aidiyyəti məsələlərlə Mərkəzin internet səhifəsində (www.expert.gov.az) tanış olmaq, 498-09-71, 493-18-52 telefonları vasitəsilə əlavə məlumat almaq olar. Həmçinin qeyd olunan sənədləri Mərkəzdə və onun regional bölmələrində əldə etmək mümkündür. 

20.10.2014. Xüsusi biliyə malik mütəxəssislər üçün Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinə işə qəbulla bağlı müsabiqə davam edir

Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin kadr korpusunun müsabiqə və şəffaflıq əsasında yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplektləşdirilməsi üzrə tədbirlər davam etdirilir. 

Xatırladırıq ki, Məhkəmə ekspertizası mərkəzində vakant ştat vahidləri əsasən inşaat mühəndisliyi və nəqliyyat sahəsində mühəndislik, yol hərəkətinin təşkili, mühasibat uçotu və audit, maliyyə ixtisasları üzrədir. 

Mərkəzə qulluğa qəbulla bağlı açıq müsabiqədə iştirak etmək istəyən və qanunvericiliyin tələblərinə cavab verən yüksək hazırlıqlı və təcrübəli Azərbaycan Respublikasının vətəndaşları ərizə və müvafiq sənədlərini təqdim edə bilərlər. 

Eyni zamanda Mərkəzin Gəncə regional bölməsinə biologiya, Şəki regional bölməsinə fizika, Şirvan regional bölməsinə kimya ixtisaslı yuxarıda göstərilən tələblərə cavab verən şəxslər qulluğa qəbula dəvət olunurlar. 

Ərizə və sənədlər Məhkəmə ekspertizası mərkəzinin inzibati binasında (Bakı şəhəri, Xəqani küçəsi, 14) bütün iş günləri qəbul edilir. 

Qulluğa qəbulla bağlı digər aidiyyəti məsələlərlə, o cümlədən tələb olunan sənədlərin siyahısı ilə Mərkəzin internet səhifəsində (www.expert.gov.az) tanış olmaq, eləcə də 498-09-71, 493-18-52 telefonları vasitəsilə əlavə məlumat almaq olar.