“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”.

“Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”.

“İnsan hüquqlarının qorunması Azərbaycan dövlətinin əsas prinsiplərindən biridir.”

“Bizim gördüyümüz işlərin tarixi də göstərir, qarşıya hansı vəzifəni qoyuruqsa, onu da həll edirik.”

Azərbaycan və Özbəkistanın məhkəmə ekspertizası mərkəzləri birgə vebinar keçirib

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ilə Özbəkistan Respublikası Ədliyyə Nazirliyi yanında H.Sulaymanova adına Respublika Məhkəmə Ekspertizası Mərkəzi arasında 2025–2027-ci illər üçün əməkdaşlıq üzrə Tədbirlər Planının icrası çərçivəsində “Sənədlərin kriminalistik ekspertizasında vahid standartlar: zərurət, hüdudlar və perspektivlər” mövzusunda onlayn vebinar keçirilib.

 Vebinarın əsas məqsədi sənədlərin kriminalistik ekspertizası sahəsində mövcud təcrübələrin müzakirəsi, vahid metodoloji yanaşmaların formalaşdırılması və beynəlxalq standartların tətbiqi imkanlarının araşdırılması olub.

 Tədbirdə hər iki ölkənin məhkəmə ekspertizası sahəsində fəaliyyət göstərən aparıcı ekspertləri iştirak ediblər. Çıxışlarda sənədlərin kriminalistik ekspertizasının aktual problemləri, müasir elmi-texniki yanaşmalar, rəqəmsal texnologiyaların tətbiqi məsələləri geniş şəkildə müzakirə olunub.

 Vebinarda Məhkəmə Ekspertizası Mərkəzinin Səs, görüntü və rəqəmsal ekspertizalar şöbəsinin rəisi, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Natiq Pənahov məruzə ilə çıxış edib. O, çıxışında müasir ekspertiza metodlarının tətbiqi, rəqəmsal mühitdə sübutların tədqiqi imkanları və beynəlxalq standartların ekspert fəaliyyətində əhəmiyyətini diqqətə çatdırıb.

 Özbəkistan tərəfindən isə qurumun Kriminalistik Sənədlər Ekspertizası Laboratoriyasının baş eksperti N.Mamayusupova çıxış edərək ölkəsində sənədlərin ekspertizası sahəsində tətbiq olunan təcrübə, metodoloji yanaşmalar və əldə edilən nəticələr barədə ətraflı məlumat verib.

 Məruzələrdən sonra iştirakçılar arasında geniş fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb, gələcək əməkdaşlıq istiqamətləri və birgə elmi-praktik təşəbbüslər müzakirə edilib.

 Bu vebinar iki ölkə arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlığın növbəti uğurlu mərhələsidir. Bu cür təşəbbüslər bilik və təcrübə mübadiləsinin genişləndirilməsinə, eləcə də beynəlxalq əməkdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verir.

ENFSİ
enfsi

MEM məhkəmə ekspertizası fəaliyyəti sahəsində qanunvericiliklə müəyyənləşdirilmiş vəzifələrini ISO/IEC 17025 standartına uyğun keyfiyyət menecment sisteminə və qanunvericilikdə əks olunmuş insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertin müstəqilliyi, elmin və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanaraq, müvafiq keyfiyyət sistemi standartlarına uyğun olaraq bütün müştərilərinin və əməkdaşlarının tələblərini yerinə yetirəcək və məmnuniyyətini təmin edəcək şəkildə həyata keçirir.

https://expert.bakinity.az/certificates/enfsi/
TÜRKAK

https://expert.bakinity.az/certificates/turkak/
İSO

https://expert.bakinity.az/certificates/iso/
İLAC

https://expert.bakinity.az/certificates/ilac/
IAF

https://expert.bakinity.az/certificates/iaf/