“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”.

“Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”.

“İnsan hüquqlarının qorunması Azərbaycan dövlətinin əsas prinsiplərindən biridir.”

“Bizim gördüyümüz işlərin tarixi də göstərir, qarşıya hansı vəzifəni qoyuruqsa, onu da həll edirik.”

Zəfər Günü Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində qeyd olunub

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində düşmənə ağır zərbələr vuraraq öz torpaqlarını 30 ilə yaxın davam edən işğaldan azad etdi və ərazi bütövlüyümüz tam təmin olundu. Dövlət başçısının 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd olunur.
      Noyabrın 7-də Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində Zəfər Gününə həsr olunan yığıncaq keçirilib.
      Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
    Tədbirdə Mərkəzin və struktur qurumların rəhbərləri, kollektivin üzvləri, o cümlədən Mərkəzdə çalışan müharibə veteranları, həmçinin dəvət olunmuş xüsusi təyinatlı qüvvələrin ehtiyatda olan zabiti, “Qarabağ” ordenli Şamxal Ağayev iştirak ediblər.
      Mərkəzin rəisi Elçin Qasımov çıxış edərək, tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib, bu ilki bayramın “Heydər Əliyev İli”ndə qeyd edilməsi ilə əlamətdar olduğunu bildirib. Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 30 ilin acısına son qoyuldu, torpaqlarımız işğaldan azad olundu və ərazi bütövlüyümüz tam bərpa edildi. E.Qasımov işğaldan azad olunmuş ərazilərdə dövlət başçısının rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəal iştirakı ilə sürətli bərpa-quruculuq işlərinin aparıldığını, soydaşlarımızın doğma torpaqlarına Böyük Qayıdışını qeyd edib.
     Zəfər Günü ilə bağlı Mərkəzdə çalışan Vətən müharibəsi veteranlarının və şəhid ailə üzvlərinin Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən mükafatlandırılması və onların daim dövlət qayğısı ilə əhatə olunması xüsusi vurğulanıb.
     Tədbirdə çıxış edən Mərkəzin əməkdaşları, Vətən müharibəsi veteranları qazanılmış Zəfərin ölkəmizin çoxəsrlik tarixinin müstəsna hadisəsi olduğunu bildiriblər. Qeyd edilib ki, Vətən müharibəsində zəfər qazanmaqla xalqımız ən məğrur, yenilməz və qalib xalq kimi öz adını tarixə yazdı, ordumuz isə dünyanın ən güclü və peşəkar ordusu olduğunu sübut etdi. Azərbaycanın həm döyüş meydanında, həm də diplomatik müstəvidə qazandığı uğurlar, həmçinin milli birliyimiz Böyük Qələbəmizi şərtləndirdi. Tədbirdə, həmçinin "Zəfər günü" adlı sənədli film nümayiş etdirilib.

ENFSİ
enfsi

MEM məhkəmə ekspertizası fəaliyyəti sahəsində qanunvericiliklə müəyyənləşdirilmiş vəzifələrini ISO/IEC 17025 standartına uyğun keyfiyyət menecment sisteminə və qanunvericilikdə əks olunmuş insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertin müstəqilliyi, elmin və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanaraq, müvafiq keyfiyyət sistemi standartlarına uyğun olaraq bütün müştərilərinin və əməkdaşlarının tələblərini yerinə yetirəcək və məmnuniyyətini təmin edəcək şəkildə həyata keçirir.

https://expert.bakinity.az/certificates/enfsi/
TÜRKAK

https://expert.bakinity.az/certificates/turkak/
İSO

https://expert.bakinity.az/certificates/iso/
İLAC

https://expert.bakinity.az/certificates/ilac/
IAF

https://expert.bakinity.az/certificates/iaf/