Yeniliklər
Azərbaycan və Türkiyə hökumətləri arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş sənədləri imzalanıb.
Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin kadr korpusunun müsabiqə və şəffaflıq əsasında xüsusi biliyə və zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplektləşdirilməsi üzrə tədbirlər davam etdirilir.
Mərkəzin əməkdaşlarının iştirak etdiyi tədbir Xocalı faciəsinin qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Mövzu ilə bağlı Mərkəzin Mərkəzin Elmi-tədqiqat və metodiki iş şöbəsinin rəisi Hümmət Vəliyev çıxış edərək 2 fevral Ümumrespublika Gənclər gününün əhəmiyyətindən danşıdı.
Mərkəzin rəisi Fuad Cavadov giriş sözüylə tədbirə başlayaraq 2015-ci ildə məhkəmə ekspertizalarında müasir texnologiyaların tətbiqi, bu sahədə tədqiqatların tam, hərtərəfli və obyektiv aparılmasını və rəylərin mötəbərliyini təmin etməklə cinayətkarlıqla mübarizə işinə, haqq-ədalətin bərqərar edilməsinə dəyərli töhfə verildiyini bildirmişdir.
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələri ötən əsrin ən qanlı terror aktlarından biri kimi insanların yaddaşında əbədi iz qoymuşdur.