Yeniliklər
“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən 2019-cu ilin fəaliyyət proqramı çərçivəsində 13-14 iyun tarixlərdə Ankara şəhərində Jandarma Genel Komutanlığının Kriminal Dairə Başkanlığında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin və Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi Emniyet Genel Müdürlüyü Kriminal Dairə Başkanlığının ekspertlərinin iştirakı ilə “Gilizin tədqiqat metodunun standart şəklə gətirilməsi”, “Gilizin sürətinin çıxarılması təliminin verilməsi” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları Nail Abbasov və Ruslan Əliquliyev iştirak etmişlər.
“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən 2019-cu ilin fəaliyyət proqramı çərçivəsində 10-12 iyun tarixlərdə Ankara şəhərində Emniyet Genel Müdürlüyü Kriminal Dairə Başkanlığında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin və Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi Jandarma Genel Komutanlığı Kriminal Dairə Başkanlığının ekspertlərinin iştirakı ilə “Soyuq (atəşsiz) silahlar üzrə vahid məlumat bazasının yaradılması və kataloqun təkmilləşdirilməsi” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları Cabir Ahmet və Nicat Mirzəyev iştirak etmişlər.
“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən 2019-cu ilin fəaliyyət proqramı çərçivəsində 10-12 iyun tarixlərdə Ankara şəhərində Jandarma Genel Komutanlığı Kriminal Dairə Başkanlığında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin və Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi Emniyet Genel Müdürlüyü Kriminal Dairə Başkanlığının ekspertlərinin iştirakı ilə “Kəsişən cizgilərin icra ardıcıllığının müəyyən edilməsi” və “Printer mətnlərinin tədqiqi”  mövzularında tədbirlər keçirilmişdir. Tədbirdə Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşı Natiq Pənahov iştirak etmişdir.
Ankara şəhərində Jandarma Genel Komutanlığı Kriminal Dairə Başkanlığında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin və Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi Emniyet Genel Müdürlüyü Kriminal Dairə Başkanlığının ekspertlərinin iştirakı ilə “Mövcud proqramlardan istifadə təcrübəsi və vərdişlərin paylaşılması, tədqiqat metodlarının standartlaşdırılmasına dair iş prosesinin öyrənilməsi”  mövzusinda təlim təşkil olunmuş, tədbirdə Mərkəzin əməkdaşı Hacibala Hacıyev iştirak etmişdir.
29-31 may 2019-cu il tarixlərdə İtaliya Respublikasının Roma şəhərində Avropa Məhkəmə Ekspertizaları İnstitutları Birliyinin (ENFSİ) ənənəvi illik toplantısı keçirilmişdir. Toplantıda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Fuad Cavadov iştirak etmişdir.
Ankara şəhərində Jandarma Genel Komutanlığı Kriminal Dairə Başkanlığında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin və Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi Emniyet Genel Müdürlüyü Kriminal Dairə Başkanlığının ekspertlərinin iştirakı ilə “Mobil cihazların tədqiqi”  mövzusinda təlim təşkil olunmuş, tədbirdə Mərkəzin əməkdaşları Altay Əsədov və Məmməd Ramazanov iştirak etmişlər.