Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Məhkəmə Ekspertizası Mərkəzi


Məhkəmə Ekspertizası Mərkəzinə işə qəbul qaydaları və şərtləri

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə işə qəbul "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununa əsasən müsabiqə və "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinə qulluğa qəbul olunmaq üçün namizədlərlə müsahibənin keçirilməsi Qaydaları"na əsasən müsahibə üzrə həyata keçirilir.

Ədliyyə qulluğuna qəbul üzrə keçirilən müsabiqənin test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müsabiqədə iştirak etmək istəyənlərin yalnız ərizə ilə müraciət etməsi yetərlidir. Ərizə formunu Ədliyyə Nazirliyinin internet səhifəsindən və ya nazirliyin inzibati binasından (Bakı şəhəri, İnşaatçılar prospekti, 1) əldə etmək mümkündür. Test imtahanından uğur qazanmış namizədlər digər sənədlərini topladıqdan və müvafiq yoxlamadan sonra ikinci mərhələyə - söhbətə dəvət edilirlər.Müsabiqə şərtləri ilə Ədliyyə Nazirliyinin internet səhifəsində (www.justice.gov.az) tanış olmaq, 538-01-62, 538-08-15 telefonları vasitəsilə əlavə məlumat əldə etmək mümkündür.

Məhkəmə Ekspertizası Mərkəzinə işə qəbulla bağlı müsahibə bu qurumda fəaliyyət göstərən müsabiqə komissiyası tərəfindən həyata keçirilir.

Mərkəzin və onun Gəncə, Şəki və Şirvan regional bölmələrinin yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplektləşdirilməsi məqsədilə keçirilən müsahibə şəffaflığa əsaslanır.

Müsahibədə iştirak etmək istəyən Azərbaycan Respublikasının vətəndaşları ərizə və müvafiq sənədlərini iş günlərində Mərkəzin Bakı şəhəri, Xəqani küçəsi, 14 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

İşə qəbulla bağlı tələb və şərtlərlə, o cümlədən tələb olunan sənədlərin siyahısı ilə Mərkəzin internet səhifəsində (www.expert.gov.az) tanış olmaq, 498-09-71 və 493-18-52 telefonları vasitəsilə əlavə məlumat əldə etmək mümkündür.

Məhkəmə Ekspertizası Mərkəzində və onun Gəncə, Şəki və Şirvan regional bölmələrindəki vakant yerlərin tutulması üzrə sənədlərin qəbulu və müsahibənin keçirilməsi Mərkəzin internet səhifəsində (www.expert.gov.az) və rəsmi mətbuatda elan edilir.

Qaynar xətt:

(+99 412) 498-05-43