Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Məhkəmə Ekspertizası Mərkəzi


MƏHKƏMƏ EKSPERTİZASI MƏRKƏZİNİN
KEYFİYYƏT SİSTEMİ

Azərbaycan ədliyyəsinin inkişafına dair Dövlət Proqramınavə bu Proqramın yerinə yetirilməsi üzrə Ədliyyə Nazirliyinin Tədbirlər Planına uyğun olaraq Məhkəmə Ekspertizası Mərkəzibeynəlxalq qurumlara inteqrasiya və analoji funksiyalara malik qurumlarla işbirliyi fəaliyyətini genişləndirməkdədir. Bu məqsədlə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi 10 fevral 2011-ci il tarixdə Avropa Məhkəmə Ekspertizası İnstitutları Birliyinin (European Network of Forensic Science Institutes– ENFSI) üzvü olmuşdur.

Avropa Məhkəmə Ekspertizası İnstitutları Birliyi (ENFSI) tanınmış beynəlxalq məhkəmə ekspertizası təşkilatlarından biridir və onun məqsədi Avropa ölkələrinin məhkəmə ekspertizası fəaliyyətində yüksək keyfiyyətin təmin olunması, məhkəmə ekspertizası institutları arasında qarşılıqlı əlaqələrin qurulması, tədqiqatların aparıldığı laboratoriyaların ISO/IEC 17025 standartı üzrə akkreditasiyası, bu sahədə beynəlxalq təcrübənin unifikasıyası yolu ilə Avropada məhkəmə ekspertizası elminin inkişafının təmin edilməsidir.

Bu sahədə qarşıya qoyulan vəzifələr Mərkəzin akkreditasiya hədəflərinə tam uyğundur, çünki akkreditasiya prosesi menecment sisteminin, məhkəmə ekspertizalarının aparılmasının metod, subyekt və şəraitinin, texnik təminat məsələlərinin sürəkli yaxşılaşdırılmasını, personal və müştərilərin məmnuniyyətini nəzərdə tutur.

Məhkəmə Ekspertizası Mərkəzininfəaliyyətinin gücləndirilməsi üzrə tədbirlər çərçivəsində struktur bölmələrində keyfiyyət menecment sisteminin qurulması üçün ISO/IEC 17025 standartının 4.1.5.i bəndinin tələbləri nəzərə alınaraq AR Ədliyyə nazirinin “Məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı  bəzi tədbirlər barədə” 22 avqust 2012-ci il tarixli 13-T saylı Əmri ilə MEM-in strukturunda Keyfiyyət təminatı bölməsi yaradılmışdır.

MEM-in keyfiyyət sisteminə fəaliyyətində birbaşa Mərkəzin rəisinə tabe olan Keyfiyyət təminatı bölməsinin rəisi rəhbərlik edir və bu fəaliyyətə görə məsuliyyət daşıyır. Keyfiyyət təminatı bölməsinin rəhbəri keyfiyyət menecmenti təmsilçisidir (keyfiyyət meneceridir).

Keyfiyyət təminatı bölməsi periodik olarak Yetərlilik testləri (YT) və Laboratoriyalararası qarşılaşdırma testlərini (LAK) təşkil edir, nəticələrini dəyərləndirir və bu barədə rəhbərliyi məlumatlandırır.

Keyfiyyət təminatı bölməsi hər il “Müştəriyə xidmət anketi” və “Personal məmnuniyyət anketi” tərtib etməklə göstərilən xidmətin daha da yaxşılaşdırılmasında rəhbərliyi məlumatlandırmaqdadır.

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertin müstəqilliyi, elmin və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanaraq, müvafiq keyfiyyət sistemi standartlarına uyğun olaraq bütün müştərilərin və əməkdaşların tələblərini yerinə yetirəcək və məmnuniyyətini təmin edəcək şəkildə həyata keçirmək fəliyyətimizin əsasını təşkil edir.

MEM Keyfiyyət Siyasətini bəyan etmişdir. 

MEM 14 may 2013-cü il tarixdən TÜRKAK tərəfindən TS EN ISO/IEC 17025 standardına görə akkreditə edilmişdir (əhatə dairəsi üçün www.turkak.org.tr bakın).

Qaynar xətt:

(+99 412) 498-05-43