Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Məhkəmə Ekspertizası Mərkəzi


KEYFİYYƏT SİYASƏTİMİZ

MEM məhkəmə ekspertizası fəaliyyəti sahəsində qanunvericiliklə müəyyənləşdirilmiş vəzifələrini ISO/IEC 17025 standartına uyğun keyfiyyət menecment sisteminə və qanunvericilikdə əks olunmuş insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertin müstəqilliyi, elmin və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanaraq, müvafiq keyfiyyət sistemi standartlarına uyğun olaraq bütün müştərilərinin və əməkdaşlarının tələblərini yerinə yetirəcək və məmnuniyyətini təmin edəcək şəkildə həyata keçirir. MEM göstərdiyi keyfiyyətli xidmət anlayışını yetərliliyi isbatlanmış, ekspertiza fəaliyyətində keyfiyyət sənədlərini tətbiq edən personalıyla elmi və texnoloji inkişafı izləyərək, milli və beynəlxalq səviyyədə qəbul olunan aktual standart metodları ISO/IEC 17025 standartına görə tətbiq edərək davam etdirir. MEM personalı Keyfiyyət Menecment Sistemi (KMS) çərçivəsində hazırlanan sənədlərindən istifadə edərək müstəqillik, tərəfsizlik və gizlilik prinsiplərinə bağlı çalışır. MEM rəhbərliyi keyfiyyətli məhkəmə ekspertizası xidməti göstərilməsi üçün zəruri olan maddi, texnoloji və kadr ehtiyaclarını təmin etməyi, keyfiyyət menecment sistemi standartlarının tələblərini yerinə yetirməyi və effektivliyini sürəkli yaxşılaşdırmağı öhdəsinə götürür, məhkəmə ekspertizası sahəsində ölkədə lider, dünyada nümunə (əmsal) olmağı hədəfləyən bir dövlət qurumu olmağa meyllidir.

MİSSİYAMIZ

Mövcud imkanlardan effektli və məhsuldar istifadə edərək göndərilən tədqiqat obyektlərini (tapıntı, maddi sübut və dəlilləri) tərəfsiz və elmi üsullarla tədqiq etmək, dəyərləndirmək və bu yolla cinayət və cinayətkarın aşkar və sübut edilməsində ədalət mühakiməsi orqanlarına zamanında və keyfiyyətli xidmət göstərməkdir.

GÖRÜŞÜMÜZ

Ölkədaxili və beynəlxalq cinayətkarlıqla elmi əsaslarla mübarizədə ədalət mühakiməsi orqanlarına yardım etmək və məhkəmə ekspertizası sahəsində ölkəmizə ən yüksək səviyyədə xidmət etməkdir.

1 2 3

Qaynar xətt:

(+99 412) 498-05-43