Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Məhkəmə Ekspertizası Mərkəzi

Azərbaycan Respublikasının 18 noyabr 1999-cu il tarixli Qanunu 30 dekabr 2003-cü il tarixli, 569-IIQD nömrəli; 5 mart 2004-cü il tarixli, 598-IIQD nömrəli; 10 oktyabr 2006-cı il tarixli 161-IIIQD nömrəli; 29 dekabr 2006-cı il tarixli, 220-IIIQD nömrəli; 16 fevral 2007-ci il tarixli, 24-IIIQD nömrəli qanunlara əsasən dəyişikliklərlə. Bu Qanun Azərbaycan Respublikasında Dövlət məhkəmə ekspertizası fəaliyyətinin (bundan sonra-məhkəmə ekspertizası fəaliyyəti) hüquqi, təşkilati əsaslarını və başlıca istiqamətlərini müəyyən edir, məhkəmə ekspertizasının təşkili və aparılması zamanı yaranan ictimai münasibətləri nizamlayır. Məhkəmə ekspertizası Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyətinə aid olan mülki, cinayət və digər işlər üzrə icraat zamanı həyata keçirilir.

Tam versiyanı bu linklə yükləyə bilərsiniz.

Qaynar xətt:

(+99 412) 498-05-43