Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Məhkəmə Ekspertizası Mərkəzi


Ünvan: AZ1000, Bakı ş., Xaqani küç. 14

Tel.:   (+994 12) 493-18-52

Faks: (+994 12) 498-60-28

E-mail: Bu e-Posta adresi istenmeyen posta engelleyicileri tarafından korunuyor. Görüntülemek için JavaScript etkinleştirilmelidir.

 

.....................................................................................................

İstifadəçilərin diqqətinə!

MEM-in rəsmi internet səhifəsi Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitələrindən biridir.

MEM-in rəsmi internet səhifəsində hərkəs məktub göndərə, arzularını bildirə, onu maraqlandıran məsələlər barədə yaza, təklif, ərizə və şikayətlə müraciət edə bilər.

Lütfən, Məhkəmə Ekspertizası Mərkəzinə electron formada müraciət göndərmədən öncə aşağıdakı qaydalarla tanış olun:

1. MEM-in rəsmi internet səhifəsi vasitəsi ilə elektron formada göndərilmiş müraciətlər aidiyyəti üzrə MEM-in müvafiq struktur bölmələrinə daxil olu rvə ”Vətəndaşların müraciətlərinə baxılmas qaydası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 10 iyuntarixli 314-IQ nömrəli Qanununa, habelə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları”na uyğun olaraq qeydiyyata alınır və baxılır.

2. MEM-in rəsmi internet səhifəsində ətraflı məlumatlar yerləşdirildiyindən saytda öz əksini tapan suallara cavab verilməyəcək və eyni məzmunlu təkrar müraciətlərə baxılmayacaqdır.

3. Müraciətinizi mahiyyətinə görə Məhkəmə Ekspertizası Mərkəzinin rəhbərliyinə və ya müvafiq struktur bölmələrinə yönəldə bilərsiniz.

4. Müraciət mətnini yazmadan öncə müvafiq formun düzgün cavablandırılması vacibdir.

5. Müraciə tAzərbaycan dilində latin qrafikalı əlifba ilə tərtib olunmalı, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

6. Müraciət aydın və səlis ifadə olunmalıdır.

7. Müraciət edərkən etik qaydalar gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

8. Böyük həcmli informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq bəzi məhdudiyyətlərə hörmətlə yanaşmanızı xahiş edirik:

- bir mənbədən elektron məlumatın göndərilməsinin vaxtı serverin yüklənməsindən asılı olaraq 1-5 dəqiqə ilə məhdudlaşır;

- elektron müraciətdə qoşma fayllar olmamalıdır. Mətni uzun olan məktublar, sənəd surətləri, fotoşəkillər və yolverilən digər əlavələr Məhkəmə Ekspertizası Mərkəzinin e-poçt: Bu e-Posta adresi istenmeyen posta engelleyicileri tarafından korunuyor. Görüntülemek için JavaScript etkinleştirilmelidir. ünvanına göndərilməlidir. 



Qaynar xətt:

(+99 412) 498-05-43