Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Məhkəmə Ekspertizası Mərkəzi


Tel.: (+99412) 4939986 / 4931538

E-mail: Bu e-Posta adresi istenmeyen posta engelleyicileri tarafından korunuyor. Görüntülemek için JavaScript etkinleştirilmelidir.

Psixoloji ekspertiza şöbəsi rəis, 1 nəfər baş ekspert, 1 nəfər böyük ekspert, 1 nəfər aparıcı ekspert, 1 nəfər ekspert, 1 nəfər baş mütəxəssisdən ibarət heyətlə MEM-in Əsasnaməsinə görə aşağıdakı vəzifələri həyata keçirir:

• Cinayət və mülki işlər üzrə məhkəmə-psixoloji ekspertizası sahəsində tədqiqatlar apararaq qanun¬vericiliklə nəzərdə tutulmuş vəzifələri yerinə yetirir;
• məhkəmə-psixoloji ekspertizası üzrə elmi tədqiqat işlərini yerinə yetirir və alınmış nəticələri ekspert təcrübəsində tətbiq edir;
• cinayətlərin baş verməsinə kömək etmiş səbəb və şəraitin aşkar edilib onların aradan qaldırılması sahəsində ekspert profilaktikasını həyata keçirir;
• ekspertizanın təyini və canlı şəxslərin məhkəmə-psixoloji ekspertizası üzrə məhkəmə və istintaq orqan¬larına metodiki kömək göstərir;
• ekspert təcrübəsinin təhlili əsasında ümumiləş¬dirmələr aparır, metodik və profilaktik tövsiyələr hazırlayır;
• psixoloji və hüquqi maarifləndirmə işinin aparılmasında iştirak edir;
• ekspert psixoloqların hazırlanmasında, onların peşə hazırlığının artırılmasında iştirak edir;
• məhkəmə-psixoloji ekspertizasının aktual problemləri üzrə keçirilən elmi-nəzəri və praktiki tədbirlərdə iştirak edir;
• elmi-tədqiqat işlərinin nəticələrini elmi əsərlər məc¬muələrində, hüquq və psixoloji ədəbiyyatı nəşrlərində çap etdirir;
• peşə hazırlığının yüksəldilməsi məqsədilə qa¬nunvericiliyi, məhkəmə ekspertizası və hüquq psixologiyasının yeni nailiyyətlərini daim öyrənir, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır, əmək və icra intizamına əməl edir, vəzifələrinin vaxtında və düzgün icra edilməsinə görə məsuliyyət daşıyır;
• xidməti fəaliyyətlə bağlı Mərkəzin rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.

Qaynar xətt:

(+99 412) 498-05-43