Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Məhkəmə Ekspertizası Mərkəzi


KEYFİYYƏT TƏMİNATI BÖLMƏSİ

Tel.: (+99412) 5985302
E-mail:Bu e-Posta adresi istenmeyen posta engelleyicileri tarafından korunuyor. Görüntülemek için JavaScript etkinleştirilmelidir.

Məhkəmə Ekspertizası Mərkəzininfəaliyyətinin gücləndirilməsi üzrə tədbirlər çərçivəsində struktur bölmələrində keyfiyyət menecment sisteminin qurulması üçün ISO/IEC 17025 standartının tələbləri nəzərə alınaraq Azərbaycan Respublikası Ədliyyə nazirinin “Məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər barədə” 22 avqust 2012-ci il tarixli 13-T saylı Əmri ilə yaradılmışdır.

Keyfiyyət təminatı bölməsi rəis, məsləhətçi (auditor) və mütəxəssisdən ibarətdir.

MEM-in keyfiyyət sisteminə fəaliyyətində birbaşa Mərkəzin rəisinə tabe olan Keyfiyyət təminatı bölməsinin rəisi rəhbərlik edir və bu fəaliyyətə görə məsuliyyət daşıyır. Keyfiyyət təminatı bölməsinin rəhbəri keyfiyyət menecmenti təmsilçisidir (keyfiyyət meneceridir).

Bölmənin aşağıdakı vəzifələri vardır:

§     məhkəmə ekspertizalarının aparılmasının metod, üsul və şəraitinin, texniki-təminat və ekspert kadrlarının hazırlığı məsələlərinin yaxşılaşdırılması (beynəlxalq standartlara uyğunlaşdırılması) məqsədilə keyfiyyət menecmenti sistemini tətbiq etmək;

§     keyfiyyət menecmenti sisteminin və laboratoriyaların ISO/IEC 17025 standartının şərtlərinin yerinə yetirilməsi üçün zəruri olan proseslərin Mərkəzdə yaradılmasını, tətbiqini və davam etməsini təmin etmək;

§     daxili auditləri planlamaq, tətbiq etmək, kontrol etmək və nəticələri təsdiq etmək;

§     keyfiyyət menecment sistemi ilə bağlı məsələlərdə mərkəzlə digər qurumların əlaqəsini təmin etmək;

§     keyfiyyət menecment sisteminin tətbiqi məsələlərində ekspertiza fəaliyyətini həyata keçirən şöbələrlə rəhbərlik arasında koordinasiya yaratmaq;

§     rəhbərliyin gözdən keçirmə toplantılarını təşkil etmək və müvafiq bölmələrə toplantı yeri, zamanı və gündəliyi haqqında məlumat vermək,

§     keyfiyyət təminatı sahəsində və sektorial məsələlərdə inkişafın təmini üçün ölkədaxili və ölkəxarici təlimlərdə iştirak etmək,

§     keyfiyyət menecment sistemi sənədlərində göstərilən digər vəzifələri yerinə yetirmək.

Keyfiyyət təminatı bölməsi Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun keyfiyyət menecment sistemi çalışmalarındastruktur bölmələrinin TS EN ISO/IEC 17025 standartının tələbləri çərçivəsində akkreditasiyaya hazırlıq çalışmalarını və TÜRKAK akkreditasiya çalışmalarını yerinəyetirməsini koordinasiya etməkdədir.

Keyfiyyət təminatı bölməsi milli və beynəlxalq standartlarda əks olunan tələblərin, Mərkəzin struktur bölmələrində tətbiq olunan keyfiyyət standartlarının yerinə yetirilməsini təmin etmək və bu standartların auditoru olan qurumlarla MEM arasındakı əlaqələri koordinasiya edir.

Keyfiyyət təminatı bölməsi keyfiyyət sistemə çalişmasının önəmli tədbirlərindən olan Yetərlilik testləri (YT) və Laboratoriyalararası qarşılaşdırma testlərini (LAK) təşkil edir, nəticələrini dəyərləndirir və bu barədə rəhbərliyi məlumatlandırır.

Mərkəzin struktur bölmələrində istifadə edilən texnik cihazların baxım, təmir və kalibrasiyalarının yerinə yetirilməsinə kontrol etmək Keyfiyyət təminatı bölməsinin vəzifəsidir.

Keyfiyyət təminatı bölməsi struktur bölmələrində həyata keçiriləcək keyfiyyət menecment sistemini qurma və sistemi işlətməklə yanaşı ekspertizalarin aparılması və personal ehtiyatlarından daha səmərəli istifadə edilməsi üçün struktur bölmələri arasında koordinasiyanı təmin etməkdədir. Keyfiyyət təminatı bölməsi hər il “Müştəriyə xidmət anketi” və “Personal məmnuniyyət anketi” tərtib etməklə göstərilən xidmətin daha da yaxşılaşdırılmasında rəhbərliyi məlumatlandırmaqdadır.

Qaynar xətt:

(+99 412) 498-05-43