Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Məhkəmə Ekspertizası Mərkəzi


Tel.: (99412) 4984832; 4980543

E-mail: Bu e-Posta adresi istenmeyen posta engelleyicileri tarafından korunuyor. Görüntülemek için JavaScript etkinleştirilmelidir., Bu e-Posta adresi istenmeyen posta engelleyicileri tarafından korunuyor. Görüntülemek için JavaScript etkinleştirilmelidir.

Şöbədə aşağıdakı işlər aparılır:

- ekspert kadrların və məhkəmə-istintaq orqanlarının məhkəmə ekspertizası, kriminalistika sahəsində olan yeni nailiyyətlərlə və elmi-metodiki informasiya materialları ilə tanış edilməsi;

- əməkdaşların elmi-tədqiqat işlərinin, ekspert araşdırmalarının aparılmasında elmi və xüsusi ədəbiyyata, hüquqi-texniki informasiyalara olan tələbatının aşkara çıxarılması, sistemləşdirilərək öyrənilməsi və təmin edilməsi;

- İnstitutun redaksiya nəşriyyatı fəaliyyətinin təşkil edilməsi və çap məhsullarının yayılmasının təmin edilməsi;

- İnstitutun informasiya-məlumat fondunun (İMF) təşkil edilməsi, lazımi ədəbiyyat və sənədlərlə təchiz edilməsi;

- kitabxanaya daxil olan kitabların biblioqrafik göstəricilərinin tərtib edilməsi, habelə ekspess-informasiyalar hazırlamaqla İMF-nin sənədlərinin təbliğ edilməsi;

- məhkəmə ekspertizası məsələləri üzrə hüquq-mühafizə orqanları əməkdaşları ilə elmi-metodik informasiya əlaqələrinin yaradılması;

- məhkəmə ekspertizası, kriminalistika və kriminologiyanın ümumi-nəzəri məsələlərinə dair elmi məqalələrin, metodik vəsait, tövsiyələr və informasiya materiallarının hazırlanması, çap və profilinə görə yayımlanması.

Qaynar xətt:

(+99 412) 498-05-43