Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Məhkəmə Ekspertizası Mərkəzi


Tel.: (+99412) 4986028 / 4980693 / 4937603

E-mail: Bu e-Posta adresi istenmeyen posta engelleyicileri tarafından korunuyor. Görüntülemek için JavaScript etkinleştirilmelidir.

Bioloji ekspertizalar şöbəsi rəis, 1 nəfər baş ekspert, 2 böyük ekspert, 1 nəfər aparıcı ekspert, 1 nəfər ekspert və 1 baş mütəxəssisdən ibarət heyətlə MEM-in Əsasnaməsinə görə aşağıdakı vəzifələri həyata keçirir:

• məhkəmə ekspert ixtisasının verildiyi məhkəmə ekspertizası növü üzrə tədqiqatlar apararaq qanunuvericiliklə nəzərdə tutulmuş vəzifələri yerinə yetirir;
• məhkəmə ekspertizası və kriminalistika sahələrində elmi tədqiqat işlərini aparır və alınmış nəticələri ekspert təcrübəsində tətbiq edir;
• cinayətlərin baş verməsinə kömək etmiş səbəb və şəraitin aşkar edilib onların aradan qaldırılması sahəsində ekspert profilaktikasını həyata keçirir;
• ekspertizanın təyini və tədqiqat obyektlərinin göndərilməsinə dair məhkəmə və hüquq-mühafizə orqanlarına metodiki kömək göstərir;
• ekspert təcrübəsinin təhlili əsasında ümumiləş¬dirmələr aparır, metodik və profilaktik tövsiyələr hazırlayır;
• hüquqi maarifləndirmə işinin aparılmasında iştirak edir;
• məhkəmə ekspert kadrlarının hazırlanmasında, ekspertlərin peşə hazırlığının artırılmasında iştirak edir;
• məhkəmə ekspertizasının aktual problemləri üzrə elmi-praktiki tədbirlərdə iştirak edir;
• elmi-tədqiqat işlərinin nəticələrini elmi əsərlər məc¬muələrində və digər hüquq ədəbiyyatı nəşrlərində çap etdirir;
• peşə hazırlığının yüksəldilməsi məqsədilə qa¬nunvericiliyi, məhkəmə ekspertizası və kriminalistikanın yeni nailiyyətlərini daim öyrənir, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır, əmək və icra intizamına əməl edir, vəzifələrinin vaxtında və düzgün icra edilməsinə görə məsuliyyət daşıyır;
• xidməti fəaliyyətlə bağlı Mərkəzin rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.

Bioloji ekspertizalar şöbəsinin əməkdaşları “Məhkəmə ekspertizası laboratoriyasının akreditasiyası və ISO/IEC 17025 standartı”, “ ISO/IEC 17025 standartı üzrə metodların validasiyası”, “ ISO/IEC 17025 standartı üzrə müəyyənsizliyin hesablanması” mövzularında təlimlərdə iştirak edərək sertifikatlar qazanmışlar.

Şöbədə aşağıdakı bnöv, ixtisaslar üzrə və metodlarla ekspertizalar aparılır:
Məhkəmə-bioloji ekspertizası

Bitki mənşəli maddələrin tədqiqi
Narkotik təbiətli bitkilərin və onlardan hazırlanmış narkotik vasitələrin tədqiqat metodu
- təbii narkotik vasitələrin rəng testləri ilə tədqiqi
- təbii narkotik vasitələrin nazik təbəqəli xromatoqrafiya ilə tədqiqi
- təbii narkotik vasitələrin QMX vasitəsilə tədqiqi

Bitki mənşəli maddələrin tədqiqat metodu
- bitki mənşəli maddələrin tədqiqi;
- bitki mənşəli maddələrin növünün və qrup mənsubiyyətinin təyini;
- müqayisə olunan bitki mənşəli maddələrin eyni cins və ya qrup əlamətlərinin müəyyənləşdirilməsi;

Heyvan mənşəli maddələrin tədqiqi
Heyvan mənşəli maddələrin tədqiqat metodu
- quş tükünün və lələyin tədqiqi;
- balıq pulcuqlarının tədqiqi;
- heyvan dərisi və tükünün tədqiqi;

Torpaq mənşəli maddələrin tədqiqi
Torpaq mənşəli maddələrin tədqiqat metodu
- daşıyıcı əşyalar üzərində olan torpaq mənşəli maddələrin izlərinin tədqiqi;
- müqayisə olunan torpaq mənşəli maddələrin müəyyən cins və qrupa məxsus olmasının təyini;
- torpaq mənşəli maddələrin ümumi və ya müzxtəlif qruplara məxsus olmasının müəyyənləşdirilməsi;

Qaynar xətt:

(+99 412) 498-05-43