Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Məhkəmə Ekspertizası Mərkəzi


Tel.:
(+99412) 4931676 / 5985302 / 5985206 / 5988165 / 4933552

E-mail: Bu e-Posta adresi istenmeyen posta engelleyicileri tarafından korunuyor. Görüntülemek için JavaScript etkinleştirilmelidir.

Ballistik və trasoloji ekspertizalar şöbəsi rəis, rəis müavini, 2 nəfər baş ekspert, 6 böyük ekspert, 9 nəfər aparıcı ekspert, 12 nəfər ekspert, 2 baş mütəxəssis və 1 böyük mütəxəssisdən ibarət heyətlə MEM-in Əsasnaməsinə görə aşağıdakı vəzifələri həyata keçirir:

 §  məhkəmə ekspert ixtisasının verildiyi məhkəmə ekspertizası növü üzrə tədqiqatlar apararaq qanunu­vericiliklə nəzərdə tutulmuş vəzifələri yerinə yetirir;

 §  məhkəmə ekspertizası və kriminalistika sahə­lərində elmi tədqiqat işlərini aparır və alınmış nəticələri ekspert təcrübəsində tətbiq edir;

 §  cinayətlərin baş verməsinə kömək etmiş səbəb və şəraitin aşkar edilib onların aradan qaldırılması sahəsində ekspert profilaktikasını həyata keçirir;

 §  ekspertizanın təyini və tədqiqat obyektlərinin göndərilməsinə dair məhkəmə və hüquq-mühafizə orqan­larına metodiki kömək göstərir;

 §  ekspert təcrübəsinin təhlili əsasında ümumiləş­dirmələr aparır, metodik və profilaktik tövsiyələr hazırlayır;

 §  hüquqi maarifləndirmə işinin aparılmasında iştirak edir;

 §  məhkəmə ekspert kadrlarının hazırlanmasında, ekspertlərin peşə hazırlığının artırılmasında iştirak edir;

 §  məhkəmə ekspertizasının aktual problemləri üzrə elmi-praktiki tədbirlərdə iştirak edir;

 §  elmi-tədqiqat işlərinin nəticələrini elmi əsərlər məc­muələrində və digər hüquq ədəbiyyatı nəşrlərində çap etdirir;

 §  peşə hazırlığının yüksəldilməsi məqsədilə qa­nunvericiliyi, məhkəmə ekspertizası və kriminalistikanın yeni nailiyyətlərini daim öyrənir, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır, əmək və icra intizamına əməl edir, vəzifələrinin vaxtında və düzgün icra edilməsinə görə məsuliyyət daşıyır;

 §  xidməti fəaliyyətlə bağlı Mərkəzin rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.

Şöbədə aparılan 2 ekspertiza növü üzrə 3 ekspert ixtisasının 9 tədqiqat metodu Türk Akreditasyon Kurumu (TÜRKAK) İdarə Heyətinin 14 may 2013-cü il tarixli qərarı ilə ISO/IEC 17025 ”Sınaq və kalibrasiya laboratoriyalarının yetərliliyi üçün ümumi şərtlər” standartı üzrə akkreditə edilmişdir.

Ballistik və trasoloji ekspertizalar şöbəsi İSO/İEC 17025 standartı üzrə akreditasiya fəaliyyəti çərçivəsində 2013-cü ildə ENFSİ üzvləri olan məhkəmə ekspertizası laboratoriyaları (Türkiyə) ilə 36 ekspertiza metodu üzrə laboratoriyalararası qarşılaşdırma testləri keçirilmiş, “Collaborative Testing Service” şırkətinin (ABŞ) 12 yetərlilik testində iştirak etmiş və bütün testlərdə cavablarımız doğrulanmışdır.

Şöbənin əməkdaşları “Məhkəmə ekspertizası laboratoriyasının akreditasiyası və “ISO/IEC 17025 Sınaq və kalibrasiya laboratoriyalarının yetərliliyi üçün ümumi şərtlər” standartı”, “ ISO/IEC 17025 standartı üzrə metodların validasiyası”, “ ISO/IEC 17025 standartı üzrə müəyyənsizliyin hesablanması”, “ISO/IEC 17025 standartı üzrə daxili audit” mövzularında təlimlərdə iştirak edərək sertifikatlar qazanmışlar.

Şöbədə aşağıdakı növ, ixtisaslar üzrə və metodlarla ekspertizalar aparılır:

Məhkəmə-ballistik ekspertizası

Odlu silah və döyüş sursatlarının, qaz, pnevmatik və soyuq silahların tədqiqi  

Atəşli silah və döyüş sursatının tədqiqat metodu***

Gilizin tədqiqat metodu*

Mərmının tədqiqat metodu*

Atəşsiz silahın (soyuq, qaz və pnevmatik silahlar) tədqiqat metodu***

- atəşli (odlu), qaz, pnevmatik və soyuq silahların ekspertizası.

- silahın texnik vəziyyətinin tədqiqi;

- döyüş sursatlarının tədqiqi.

- atılan mərmi və gilizə görə silahın növünün müəyyənləşdirilməsi;

- atılan mərmi və gilizə görə silahın identifikasiyası;

Atəş izlərinin tədqiqi

Atəş izlərinin tədqiqat metodu

- atəş izlərinin tədqiqi;

- atəşin istiqaməti və məsafəsinin təyini;

- atəş anında silahla zərərəkmişin qarşılıqlı yerləşmə vəziyyətinin müəyyənləşdirilməsi;


Məhkəmə-trasoloji ekspertizası
 

İnsan izlərinin tədqiqi 

Əl və yalın ayaq izlərinin tədqiqat metodu***

- insan izlərinin tədqiqi, o cümlədən daktiloskopik ekspertizalar;

Alət və vasitə izlərinin, tamın hissələr üzrə eyniləşdirilməsinin tədqiqi

Alət və vasitə izlərinin tədqiqat metodu***

Tamın hissələr üzrə identifikasiyası tədqiqat metodu***

Ayaq izlərinin tədqiqat metodu***

Seriya nişanlarının tədqiqat metodu***

- alət və vasitələrin tədqiqi;

- bağlayıcı və qoruyucu qurğuların tədqiqi;

- geyim əşyaları üzərindəki zədələrin tədqiqi;

- heyvan izlərinin tədqiqi.

Məhkəmə partlayış-texniki ekspertizası

Partlayıcı qurğu və maddələrin, partlayış izlərinin tədqiqi

Partlayıcı qurğu və maddələrin, partlayış izlərinin tədqiqat metodikası

- ştat döyüş sursatlarının tədqiqi;

- əldəqayrılma partlayıcı qurğuların tədqiqi;

- partlayıcı qurğuların elementlərinin tədqiqi;

- partlayış nəticəsində ayrılmış hissələr və qəlpələrin tədqiqi;

- partlayıcı qurğuların partlayış gücünün təyini;

- pirotexnik vasitələrin tədqiqi.


Məhkəmə-portret ekspertizası

Fotoşəkilə görə insanın xarici görünüşünün eyniləşdirilməsinin tədqiqi

Fotoşəkilə görə insanın xarici görünüşünün eyniləşdirilməsinin tədqiqat metodu

*** bu metodlar TÜRKAK tərəfindən akkreditə edilmişdir.

Qaynar xətt:

(+99 412) 498-05-43