Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Məhkəmə Ekspertizası Mərkəzi

Yeniliklər

3 noyabr 2015-ci il tarixində Estoniyanın Tallinn şəhərində başlayan Avropa Məhkəmə Ekspertizası İnstitutları Birliyinin (ENFSİ) 2012 Monopoliya Layihəsi çərçivəsində “Avropa Məhkəmə ekspertizasının standartlaşdırılmasına doğru ən yaxşı praktik göstərişlər” mövzusunda ara dövr konfransı 4-5 noyabr tarixlərində Keyfiyyət və Yetərlilik üzrə Əlaqələndirmə Qrupunun illik toplantıları ilə davam etmişdir.

Dünyanın mötəbər akkreditasiya təşkilatlarından biri olan Türk Akreditasiya Kurumu (TÜRKAK) akkreditə edilmiş laboratoriyaların auditinin həyata keçirilməsi məqsədi ilə öz əməkdaşları ilə yanaşı başqa idarə və təşkilatlarda çalışan mütəxəssislərı də audit fəaliyyətinə cəlb edir. Bu çərçivədə Məhkəmə Ekspertizası Mərkəzinin keyfiyyət təmsilçisi Cabir Ahmet akkreditasiya edilmiş laboratoriyaların auditinin həyata keçirilməsi üçün TÜRKAK-ın auditorlar heyətinə daxil edilmişdir.

7-11 sentyabr 2015-ci il tarixlərində Çexiyanın Praqa şəhərində müxtəlif ölkələrdən 1000-nə yaxın nümayəndə iştirakə ilə keçirilən Avropa Məhkəmə Ekspertizası Akademiyasının (EAFS) konfransında məhkəmə ekspertizasının ənənəvi və yeni sayıla biləcək tədqiqatlarına, ekspertiza sahəsində idarəetmə üsulları, tədris və təlim, məhkəmə ekspertizasının dərk edilməsi, tədqiqatların şərhi və s. kimi mövzuları əhatə edən təqdimat və çıxışlar olmuş, Avropa Məhkəmə Ekspertizası İnstitutlarının Birliyinin (ENFSİ) yaradılmasının 20 illiyinə və Birliyin gələcək inkişafına həsr olunmuş tədbir keçirilmişdir. Konfrans zamanı kriminalistik avadanlıqlar üzrə məhşur istehsalçı firmaların, məhkəmə ekspertizası və kriminalistika sahəsində nüfuzlu nəşriyyatların məhsullarının təqdimatı olmuşdur.

Qaynar xətt:

(+99 412) 498-05-43