Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Məhkəmə Ekspertizası Mərkəzi

Yeniliklər

28.01.2016.

Mərkəzin rəisi Fuad Cavadov giriş sözüylə tədbirə başlayaraq 2015-ci ildə məhkəmə ekspertizalarında müasir texnologiyaların tətbiqi, bu sahədə tədqiqatların tam, hərtərəfli və obyektiv aparılmasını və rəylərin mötəbərliyini təmin etməklə cinayətkarlıqla mübarizə işinə, haqq-ədalətin bərqərar edilməsinə dəyərli töhfə verildiyini bildirmişdir.

20 Yanvar

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələri ötən əsrin ən qanlı terror aktlarından biri kimi insanların yaddaşında əbədi iz qoymuşdur. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Azərbaycanın azadlığı və ərazi bütövlüyünü tələb edən, müstəqillik arzusu ilə meydanlara çıxan silahsız və günahsız insanlara qarşı sovet ordu birləşmələri tərəfindən bəşəri cinayət törədilmişdir. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Laboratoriyaların auditinin həyata keçirilməsi məqsədilə Türk Akreditasiya Kurumunun (TÜRKAK) auditorlar heyətinə daxil edilən Məhkəmə Ekspertizası Mərkəzinin keyfiyyət təmsilçisi Cabir Ahmet 2-12 dekabr 2015-ci il tarixlərində Türkiyə Cumhuriyəti Jandarma Genel Komutanlığı Kriminal Dairə Başkanlığının Mərkəz, İstanbul və Van laboratoriyalarında ballistik, trasoloji və daktiloskopik tədqiqat metodlarının İSO/İEC 17025 standartına uyğunluğu üzrə audit fəaliyyətini həyata keçirmişdir.

Qaynar xətt:

(+99 412) 498-05-43