Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Məhkəmə Ekspertizası Mərkəzi

Yeniliklər

29 iyun 2016-cı ilin tarixdə Portuqaliyanın Lissabon şəhərində Avropa Qonşuluq Siyasətinə üzv olan 16 dövlətin – Azərbaycan, Belarus, Əlcəzair, Gürcüstan, İordaniya, İsrail, Livan, Liviya, Mərakeş, Misir, Moldova, Suriya, Tunis, Ukrayna, Fələstin və Ermənistanın iştirakı ilə Avropa İzləmə Mərkəzinin (EMCDDA) təşkil etdiyi REİTOX Akademiyasının Yekun Konfransında Məhkəmə Ekspertizası Mərkəzi Bioloji ekspertizalar şöbəsinin rəisi Səbinə Qədirova və Fiziki-kimyəvi ekspertizalar şöbəsinin baş eksperti Zemfira Məmmədova iştirak etmişlər.

Akkreditasiya proseduruna uyğun olaraq 3 iyun 2016-cı il tarixdə Türk Akreditasyon Kurumunun (TÜRKAK) audit heyəti tərəfindən həyata keçirilən növbəti müşahidə auditi başa çatmışdir. Auditin nəticələri MEM rəhbərliyi və personalının götürdüyü öhdəlikləri yerinə yetirməkdə olduğunu və bəyan etdiyi keyfiyyət siyasətinə uyğun sürəkli yaxşılaşdırma və müştəri məmnuniyyəti sahəsindəki tədbirlərini həyata keçirdiyini təsdiqləmişdir.

Tədbirdə giriş sözü ilə çıxış edən Mərkəzin rəis müavini Hamlet Musayev bildirmişdir ki, tarixdə nadir şəxsiyyətlərdən biri kimi iz qoyan ümummilli lider Heydər Əliyevin xidmətləri və keçdiyi ömür yolu haqqında çox deyilsə də, əsrlər boyu bu mövzuya müraciət olunacaq, onun zəngin irsi alimlər tərəfindən dərin, əhatəli və ətraflı elmi əsaslarla gələcək nəsillərə çatdırılacaqdır.

Qaynar xətt:

(+99 412) 498-05-43