Məhkəmə Ekspertizası Mərkəzində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə  əlaqədar anım tədbiri keçirilib
Tədbir iştirakçıları faciə qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə təpədən-dırnağadək ən müasir, hətta beynəlxalq konvensiyalarla mülki əhaliyə qarşı işlədilməsi qadağan olunmuş silahlarla silahlanmış keçmiş sovet ordusunun dinc Azərbaycan xalqına, öz vətəndaşlarına qarşı törətdiyi faciədən danışılaraq bildirildi ki, 20 yanvar çağdaş tariximizdə həm qanlı, həm də şanlı bir səhifədir.
Məhkəmə Ekspertizası Mərkəzində 2018-ci ilin yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirilmişdir
Məhkəmə ekspertizası mərkəzi tərəfindən 2018-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Hesabat yığıncağını Mərkəzin rəisi Fuad Cavadov açaraq bildirmişdir ki, 2018-ci il Azərbaycan üçün bir sıra əlamətdar hadisələrlə zəngin olub. Ölkəmizdə növbəti Prezident seçkiləri keçirilib, Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan ədliyyəsinin 100 illik yubileyləri təntənəli şəkildə qeyd olunub, ölkəmizin siyasi, iqtisadi, sosial, idman
həyatında diqqət çəkən digər yeniliklər baş verib.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi açıq tender elan edir
Tender 2 lot üzrə keçirilir.
Lot-1. Kartriclərin satınalınması.
Lot-2. Svitch, UPS və kompüterlər üçün daxili yaddaşların satınalınması.