2016-cı il üçün doktorant və dissertant hazırlığı

29.11.2016

5611.01. Cinayət hüququ və kriminologiya; cəza-icra hüququ (1 qiyabi doktorant, 2 dissertant);

5612.01. Cinayət prosesi, kriminalistika və məhkəmə eksper-tizası; əməliyyat-axtarış fəaliyyəti (2 qiyabi doktorant, 3 dissertant).

Sənədlər noyabrın 29-dan dekabrın 28-nə kimi Məhkəmə Ekspertizası Mərkəzində (AZ1000, Bakı şəhəri, Xaqani küçəsi 14) qəbul olunur.

Qəbul imtahanları 2016-cı ilin dekabrın 30-dan 2017-ci il yanvarın 19-na kimi keçiriləcək.

Doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər tələb olunur:

- Mərkəzin rəisinin adına ərizə;
- kadrların şəxsi qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- bitirdiyi ali təhsil müəssisəsindən və ya iş yerindən xasiyyətnamə;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- seçilmiş ixtisas üzrə referat və ya çap olunmuş (elmi məcmuə və jurnallarda) elmi işlərin siyahısı;
- ali təhsil müəssisəsini bitirmək haqqında bakalavr və magistr diplomlarının, diplomlara əlavələrin müvafiq qaydada təsdiq edilmiş surətləri (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikası vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.

Əlavə məlumat üçün: www.expert.gov.az; əlaqə telefonları: 498-05-43; 498-72-32.


Doktorantura.pdf