Fövqəladə Hallar Nazirliyi Radiasiya və kimya laboratoriyasının personalına təlim verilmişdir

20.09.2016

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müraciəti əsasında Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Mülki müdafiə qoşunlarının Radiasiya və kimya laboratoriyasının fəaliyyətinin təkmilləşdirilməsi və “ISO/IEC 17025 Sınaq və kalibrasiya laboratoriyalarının yetərliliyi üçün ümumi şərtlər” standartı üzrə akkreditasiyası sahəsində təlim verilmişdir.

Laboratoriya personalı tərəfindən akkreditasiyanın mahiyyətinin doğru anlaşılması və keyfiyyət sistemində xəta və uyğunsuzluqların önlənməsində personalın aktivliyi və məlumatlılığının təmin olunması məqsədilə FHN MMQ Radiasiya və kimya laboratoriyasının fəaliyyətində keyfiyyət menecment sisteminin tətbiqi üçün təlimlərin mərhələli keçirilməsi planlanmışdır.

Plana uyğun olaraq 29-31 avqust 2016-cı il tarixlərində FHN MMQ Radiasiya və kimya laboratoriyasının inzibati binasında 24 nəfər personala “ISO/IEC 17025 Sınaq və kalibrasiya laboratoriyalarının yetərliliyi üçün ümumi şərtlər” standartı üzrə laboratoriyanın akkreditasiyası” mövzusunda təşkil olunmuş, dinləyicilərin təlimi Məhkəmə Ekspertizası Mərkəzində iş prosesi və akkreditasiya sənədləri ilə əyani tanışlıqla davam etdirilmişdir.

Kursun yekununda iştirakçılara müvafiq sertifikat verilmişdir.

FHN MMQ Radiasiya və kimya laboratoriyasının akkreditasiya prosesinə kömək məqsədilə əməkdaşlıq tədbirləri davam etdirilir.