Məhkəmə Ekspertizası Mərkəzində 2015-ci ilin yekunlarına dair hesabat toplantısı keçirilmişdir
Məhkəmə Ekspertizası Mərkəzində 2015-ci ilin yekunlarına dair hesabat toplantısı keçirilmişdir

21.07.2016

Mərkəzin rəisi Fuad Cavadov hesabat toplantısını giriş sözüylə açaraq 2016-cı ilin birinci yarısında ölkədə məhkəmə ekspertizası fəaliyyətinin vəziyyəti, cinayətkarlıqla mübarizə işində məhkəmə ekspertlərinin xidməti və ekspertizaların beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə ümumi məlumat vermişdır.

Qeyd olunmuşdur ki, 15 mart 2016-cı il tarixdə Ankarada Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası çərçivəsində “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır. Bu Saziş məhkəmə ekspertizasının inkişafı və ekspertlərin hazırlıq işinin təkmilləşdirilməsi sahəsində böyük perspektivlər açır.

Qeyd edilmişdir ki, atəşli silah və döyüş sursatının, giliz və mərminin, atəşsiz silahın (soyuq, qaz və pnevmatik silahlar), seriya nişanlarının, alət və vasitə izlərinin, ayaq izlərinin, tamın hissələr üzrə identifikasiyasının, əl və yalın ayaq izlərinin, sənədlərdə təhrif edilmənin, sənədlərin, möhür və ştamp izlərinin, qiymətli kağızların və pul nişanlarının, əlyazmaların və imzaların tədqiqi sahəsində verilən ekspert rəyləri beynəlxalq səviyyədə tanınır və onların keyfiyyəti beynəlxalq standartlara görə təmin edilmişdir.

Hazırda əlavə 4 ekspertiza növü və 10 ekspert ixtisası üzrə 18 tədqiqat metodunun ISO/IEC 17025 standartı üzrə akkreditasiyası üzrə hazırlıq prosesi davam etdirilir.

Hesabat məlumatında göstərilmişdir ki, 2016-cı ilin birinci yarısında Məhkəmə Ekspertizası Mərkəzinə 2015-ci ildə 14764 ekspertiza daxil olmuşdur. 2015-ci ilin birinci yarısının nəticələri ilə müqayisədə işlərin sayı 1061 ədəd və ya 7,7% artım müşahidə olunur. 2016-cı ilin birinci yarısında Mərkəzin Gəncə regional bölməsinə 239, Şirvan regional bölməsinə 347, Şəki regional bölməsinə isə 169 iş daxil olmuşdur.

Ekspertizaların aparılmasında prosessual müddətlərin pozulması hallarına yol verilməmişdir. 2016-cı ilin birinci yarısında Mərkəz tərəfindən 41 ekspert ixtisası üzrə 12 mindən çox rəy verilmiş, 2015-ci ilin birinci yarısının nəticələri ilə müqayisə olunduqda 6,1% çox ekspertiza aparılmışdır.

Ekspertlər 587702 suala cavab verməklə qaldırılmış məsələlərin 99,8 %-ni həll etmiş, hüquq-mühafizə orqanlarına cinayətə və digər ağır nəticələrə səbəb olan qanun pozuntularının aradan qaldırılması üçün 144 profilaktik sənəd, həmçinin ekspertizaların təyini, aparılması və ekspert rəylərinin qiymətləndirilməsi ilə bağlı 36 metodik məktub göndərilmiş, bu tövsiyələrin nəzərə alınması barədə 25 cavab məktubu alınmışdır.

Müzakirələr zamanı Mərkəzin fəaliyyət istiqamətləri üzrə aparılan işlərin cari vəziyyəti, təkrar və əlavə ekspertizaların aparılmasında yol verilən nöqsanlar, regional bölmələrin fəaliyyəti ilə bağlı görülən işlər, yerli bölmələrdə iş icraatının vəziyyəti barədə məlumat verilmişdir.

Mərkəzin beynəlxalq tədbirlərdə iştirakı və akkreditasiya fəaliyyətinə dair məlumatda qeyd olunmuşdur ki, ekspertlər beynəlxalq və yerli təlimlərə cəlb edilmiş, ABŞ-ın “Collaborative Testing Service” şırkətindən yetərlilik testləri alınmış, 3 məhkəmə ekspertizası laboratoriyası ilə LAK testləri keçirilmişdir. LAK testləri proqramı çərçivəsində Türkiyə Respublikası Jandarma Genel Komutanlığı Kriminal Dairə Başkanlığının Mərkəz və İstanbul laboratoriyalarına 26 ədəd, Emniyet Genel Müdürlüyü Kriminal Dairəsi Başkanlığının Ankara laboratoriyasına isə 13 ədəd olmaqla cəmi 39 test hazırlanıb təqdim olunmuşdur. Eyni zamanda həmin laboratoriyalardan 38 test alınmışdır və bu testlər akkreditə edilmiş 13 ekspertiza metodunu əhatə edir.

Hesabat ilində 1 elmi istiqamət, 3 problem və 35 mövzu üzrə tədqiqat işi aparılmış, nəzəri və praktiki əhəmiyyətə malik olan elmi nəticələr alınmışdır.

Mərkəzin fəaliyyəti barədə məlumatların işıqlandırılması və geniş ictimaiyyətə çatdırılması məqsədilə rəsmi internet səhifəsi vasitəsilə və KİV-lə əməkdaşlıq hesabat dövründə davam etdirilmişdir. Belə ki, hüquqi maarifləndirmə istiqamətində əməkdaşların KİV-də 4 məqaləsi dərc olunmuş, Mərkəzin rəsmi internet səhifəsindən istifadəçilərin sayı 14 mindən artıq olmuşdur.

2015-ci ildə 1 nəfər qulluğa qəbul olunmuş, 5 nəfər isə işdən azad edilmiş, 9 nəfər ekspert ixtisası almış, 6 nəfər mükafatlandırılmışdır. Hesabat dövründə inzibati tənbeh tədbirləri görülməmişdir.

Sonda Mərkəzin fəaliyyətinin daha da təkmilləşdirilməsi, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması, işin səmərəliliyinin artırılması üçün konkret tapşırıqlar verilmişdir.

Hesabat toplantısında Ədliyyə Nazirliyinin nümayəndəsi iştirak etmişdir.