“Bizim gördüyümüz işlərin tarixi də göstərir, qarşıya hansı vəzifəni qoyuruqsa, onu da həll edirik.”

“İnsan hüquqlarının qorunması Azərbaycan dövlətinin əsas prinsiplərindən biridir.”

“Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”.

“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”.

  • AZ
Şəhidlərimizin xatirəsi ədliyyə orqanlarında yad edilib

Xalqımızın müstəqillik uğrunda mübarizliyinin və şücaətinin təcəssümü olaraq milli qürur mənbəyinə çevrilmiş 20 Yanvar hadisələrindən otuz iki il ötür.

Bununla bağlı Ədliyyə Nazirliyində və struktur qurumlarda silsilə tədbirlər keçirilib, nazirliyin rəhbərliyi və kollektivi, o cümlədən gənc ədliyyə işçiləri və könüllüləri Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərimizin əziz xatirələrini anıblar.

Nazirlikdə keçirilən tədbirlərdə 20 Yanvar faciəsinin tarixi-siyasi mahiyyətinə nəzər salınaraq bu qanlı qırğının nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini qıra bilmədiyi, qanı bahasına da olsa azadlığa qovuşduğu vurğulanıb. Ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsində müstəsna xidmətləri, o cümlədən  20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verdiyi qeyd olunub, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin və əlillərin sosial müdafiəsi ilə bağlı ardıcıl tədbirlərin görüldüyü bildirilib. Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun ölkəmizin müasir, mütərəqqi dövlət kimi tanıdılması, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə geniş çatdırılmasında xidmətləri qeyd edilib.

Xüsusilə vurğulanıb ki, tariximizin qəhrəmanlıq səhifəsini təşkil edən Yanvar hadisələrində öz cəsarətini, mərdliyini, ölkəmizin azadlığı uğrunda canını qurban verməyə hazır olduğunu nümayiş etdirən xalqımız Vətən müharibəsində bir daha bütün dünyaya mübariz, əyilməz və qalib xalq olduğunu göstərib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi, rəşadətli ordumuzun gücü və xalqımızın birliyi sayəsində torpaqlarımız 30 illik işğaldan azad olunaraq tarixi ədalət zəfər çalıb, şəhidlərimizin qanı yerdə qalmayıb. Xalqımız, o cümlədən ədliyyə işçiləri qəhrəman Vətən övladlarının müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda fədakarlığını heç zaman unutmur, şəhidlərimizin xatirəsini daim uca tutaraq qürur və ehtiramla anırlar. Bu ərəfədə həmçinin, ədliyyə naziri Fikrət Məmmədov tərəfindən paytaxtdan və bölgələrdən olan vətəndaşların, xüsusilə şəhid ailələrinin videoformatda qəbulu keçirilərək, müraciətləri dinlənilib, digər qayğıları ilə maraqlanılıb. Onlar dövlət başçısının şəhidlərimizin xatirəsini hər zaman uca tutaraq şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Bununla yanaşı, 20 Yanvar hadisələrinin ildönümü ilə bağlı Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları tərəfindən mətbuatda çıxışlar edilib, Mərkəzdə keçirilən tədbir keçirilib və sənədli filmlər nümayiş etdirilib.

enfsi

MEM məhkəmə ekspertizası fəaliyyəti sahəsində qanunvericiliklə müəyyənləşdirilmiş vəzifələrini ISO/IEC 17025 standartına uyğun keyfiyyət menecment sisteminə və qanunvericilikdə əks olunmuş insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertin müstəqilliyi, elmin və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanaraq, müvafiq keyfiyyət sistemi standartlarına uyğun olaraq bütün müştərilərinin və əməkdaşlarının tələblərini yerinə yetirəcək və məmnuniyyətini təmin edəcək şəkildə həyata keçirir.

https://expert.bakinity.az/certificates/enfsi/
TÜRKAK

https://expert.bakinity.az/certificates/turkak/
ISO

https://expert.bakinity.az/certificates/iso/
ILAC

https://expert.bakinity.az/certificates/ilac/
IAF

https://expert.bakinity.az/certificates/iaf/