Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi açıq tender elan edir

Xüsusi kriminalistik avadanlıqların, noutbuk, kompüterlər, printerlər, kağızdoğrayanlar, turniket, mühafizə kameraları və video qeydedici cihazın alınması və quraşdırılması Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə ve texniki imkanlara malik olmalıdırlar.

İddiaçılar 625.00 (altı yüz iyirmi beş) manat məbləğində iştirak haqqını (ASAN ödəniş vasitəsilə) aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.

Əlaqələndirici şəxsin telefonu: 012/498-05-43

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Məhkəmə Ekspertizası Mərkəzi
VÖEN: 1700326621
Hesab: AZ34CTRE00000000000002088501
Fond .7 Maddə 142330 Tender xərci


Dövlət Xəzinədarlıq Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
Müxbir hesab: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T BİK CTREA22


İştirak haqqı heç bir halda geri qaytarılmır. İştirakçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (təklif zərfləri açıldığı gündən sonrakı 60 bank günü ərzində qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçıların son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-iddiaçıların son bir ildə analoji işlər üzrə təcrübəsi və potensial imkanı haqqında məlumat.


Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Üstünlük Azərbaycan dilinə veriləcəkdir.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2020-ci il oktyabrın 19-u saat 17:00-a qədər, tender təklifini və bank təminatını isə 2020-ci il oktyabrın 27-i saat 17:00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların tender təkliflərinin açılışı 2020-ci il oktyabrın 28-i saat 17:00-da dövlət satınalmalarının vahid internet portalında aparılacaqdır.Elektron satınalmanın hər bir iştirakçısı onların təkliflərinin açılışını və qiymətləndirilməsini elektron portal vasitəsilə izləyə bilər.

QEYD–tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası