Məhkəmə Ekspertizasi Mərkəzi doktorant və dissertant hazırlığı üzrə qəbul elan edir

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 dekabr 2019-cu il tarixli, 737s nömrəli sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublıkasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2019-cu il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planına əsasən 2019-cu il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.

Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədlər 13-28 dekabr 2019-cu il tarixlərində hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 18:00-dək qəbul ediləcək.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində imtahan verməlidirlər.

Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar.

Fəlsəfədən məqbul alan şəxslər ixtisas imtahanına buraxılırlar.

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə (elmi müəssisələrin ünvanını Məhkəmə Ekspertizası Mərkəzinin www.expert.gov.az saytından əldə etmək olar) təqdim olunmalıdır:

-       Mərkəzin rəisinin adına ərizə;

-       kadrların şəxsi-qeydiyyat vərəqi;

-       tərcümeyi-hal;

-       bitirdiyi ali təhsil müəssisəsindən və ya iş yerindən xasiyyətnamə;

-       2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

-       iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

-       seçilmiş ixtisas üzrə referat və ya çap olunmuş (elmi məcmuə və jurnallarda) elmi işlərin siyahısı;

-       ali təhsil müəssisəsini bitirmək haqqında bakalavr və magistr diplomlarının, diplomlara əlavələrin müvafiq qaydada təsdiq edilmiş surətləri (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikası vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə);

-       xarici dil bilikləri üzrə beynəlxalq sertifikat (əgər varsa);

-       şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti.

 

Əlavə məlumat üçün: info@.expert.gov.az; əlaqə telefonu: (+994 12)  498-72-32.

 

Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan, azı iki il elmi və elmi-pedaqoji iş stajına malik elmi və elmi-pedaqoji kadrlar sənəd təqdim edə bilərlər.

Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant ola bilməzlər.

Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil ala bilməzlər.

Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində imtahan verməlidirlər.

Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya qəbulla bağlı aşağıdakı sənədlər Azərbaqcan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim olunmalıdır:

-        Mərkəzin rəisinin adına ərizə;

-        kadrların şəxsi-qeydiyyat vərəqi;

-        tərcümeyi-hal;

-        bitirdiyi ali təhsil müəssisəsindən və ya iş yerindən xasiyyətnamə;

-        2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

-        iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

-        seçilmiş ixtisas üzrə referat və ya çap olunmuş (elmi məcmuə və jurnallarda) elmi işlərin siyahısı;

-        ali təhsil müəssisəsini bitirmək haqqında bakalavr və magistr diplomlarının, diplomlara əlavələrin müvafiq qaydada təsdiq edilmiş surətləri (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikası vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə);

-        xarici dil bilikləri üzrə beynəlxalq sertifikat (əgər varsa);

-        şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti.

 

Əlavə məlumat üçün: info@expert.gov.az; əlaqə telefonu: (+994 12) 498-72-32.

 

Əlavə məlumat üçün MEM-in Elmi-tədqiqat və metodiki iş şöbəsinə müraciət etmək olar.

Əlaqə telefonu: (+994 12) 498-72-32.

E-mail: info@expert.gov.az

Qeyd: Fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd verən iddiaçılar xarici dil imtahanında iştirak etmək üçün sənəd qəbulu bitdikdən sonra Dövlət İmtahan Mərkəzinin saytında şəxsi kabinet açaraq qeydiyyatdan keçməlidirlər.

Xarici dildən imtahanlar müəyyən olunmuş proqram əsasında (proqramı buradan yükləyə bilərsiniz) Dövlət İmtahan Mərkəzi tərəfindən 10-15 yanvar 2020-ci il tarixlərində keçirilməsi planlaşdırılır.