Mərkəzin əməkdaşı Türkiyənin Jandarma Kriminal laboratoriyasında təlim keçmişdir

“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən 2019-cu ilin fəaliyyət proqramı çərçivəsində 10-12 iyun tarixlərdə Ankara şəhərində Jandarma Genel Komutanlığı Kriminal Dairə Başkanlığında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin və Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi Emniyet Genel Müdürlüyü Kriminal Dairə Başkanlığının ekspertlərinin iştirakı ilə “Mövcud proqramlardan istifadə təcrübəsi və vərdişlərin paylaşılması, tədqiqat metodlarının standartlaşdırılmasına dair iş prosesinin öyrənilməsi”  mövzusinda təlim təşkil olunmuş, tədbirdə Mərkəzin əməkdaşı Hacibala Hacıyev iştirak etmişdir.