Məhkəmə ekspertizasının problemləri “Tashkent Law Spring” Forumunda müzakirə olunmuşdur
Məhkəmə ekspertizasının problemləri “Tashkent Law Spring” Forumunda müzakirə olunmuşdur

“Tashkent Law Spring” Forumu çərçivəsində aprelin 25-26-da “Məhkəmə ekspertizası” başlıqlı dəyirmi masa təşkil olunmuşdur.

Dəyirmi masanın proqramına uyğun olaraq tədbirin ilk günü “Dövlət və özəl məhkəmə ekspertizası xidmətlərinin quruluşunda ən yaxşı beynəlxalq təcrübə” mövzusunda ayrı-ayrı ölkələrin tanınmış mütəxəssisləri - Mark Moql (Amerika Birləşmiş Ştatları Ədliyyə Departamenti), Svetlana Smirnova (Rusiya Federasiyası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi), Georgi Tvauri (Gürcüstan Milli Məhkəmə Ekspertizası Bürosu), İqor Moroz (Belarus Respublikası Məhkəmə Ekspertizası Dövlət Komitəsi Elmi-praktik mərkəzi), Rainer Dahlenburq (Almaniya Federal Kriminal Polisi), Vidmantas Vaitekunas (Litva Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi), Ashley Barrov (Birleşmiş Krallıqlar), Willhem Neuteboom (Niderland, ENFSİ məsləhətçisi), Serena Detti (İtaliya Dövlət Polisi) və digər təmsilçilər təqdimatlarla çıxış edərək ölkələrində məhkəmə ekspertizası fəaliyyətinin aktual məsələləri, məhkəmə ekspertizası qurumlarının hüquqi vəziyyəti və fəaliyyət istiqamətlərini izah edilmişdir.

Gündəliyin müzakirəsində Azərbaycanda məhkəmə ekspertizası fəaliyyətinin hüquqi, təşkilati vəziyyəti, məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanından gələn vəzifələrlə bağlı hazırda planlaşdırılan işlərin istiqamətləri, ölkədə məhkəmə ekspertizası fəaliyyətinin hüquqi və təşkilati vəziyyəti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyəti və inkişafı, beynəlxalq standartlar üzrə akkreditasiya fəaliyyəti barədə Mərkəzin təmsilçisi Cabir Ahmet tərəfindən iştirakçılara məlumat verilmişdir.

Dəyirmi masanın diskussiyalar bölməsi aprelin 26-da Özbəkistan Respublikası Ədliyyə Nazirliyinin X.Süleymanova adına Respublika Məhkəmə Ekspertizası Mərkəzinin yeni xidməti binasında keçirilmişdir.

Diskussiyalar aşağıdakı mövzularda davam etdirilmişdir:
- məhkəmə ekspertizası qurumlarında beynəlxalq standartların tələblərinə uyğun Keyfiyyət Menecment Sisteminin həyata keçirilmesi və məhkəmə ekspertizası laboratoriyalarının akkreditasiyası;
- məhkəmə ekspertlərinin hazırlanması, yenidən hazırlığı və ixtisasıının artırılması;
- xarici ölkələrdə özəl məhkəmə eksperizası fəaliyyəti və bu ölkələrdə həmin fəaliyyətin hüquqi tənzimlənməsi;
- məhkəmə ekspertizasının yeni növlərinin vəəmetodlarının, hemçinin onun texnik imkanlarının inkişaf etdirilməsi və həyata keçirilməsi;
- məhkəmə ekspertizası elmləri sahəsində beynəlxalq birliklər və əməkdaşlıq.

Mövzular üzrə faydalı və məhsuldar müzakirələr aparılmış və rəylər səslənmişdir.