Məhkəmə Ekspertizası 2018-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul elan edir

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası 2018-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul elan edir:

Şəkili böyütmək üçün onun üzərinə tıklayın.



Sənədlər yanvarın 8-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) Məhkəmə Ekspertizası Mərkəzində (AZ1000, Bakı şəhəri, Xaqani küçəsi 24) qəbul olunur.

Doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər tələb olunur:

- Mərkəzin rəisinin adına ərizə;
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- bitirdiyi ali təhsil müəssisəsindən və ya iş yerindən xasiyyətnamə;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- seçilmiş ixtisas üzrə referat və ya çap olunmuş (elmi məcmuə və jurnallarda) elmi işlərin siyahısı;
- ali təhsil müəssisəsini bitirmək haqqında bakalavr və magistr diplomlarının, diplomlara əlavələrin müvafiq qaydada təsdiq edilmiş surətləri (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikası vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə);
- şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti.

Əlavə məlumat üçün: əlaqə telefonları: 4980543; 4987232.