Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşı Moskvada keçirilən seminarda iştirak etmişdir

Məhkəmə Ekspertizası Mərkəzinin baş eksperti Lətif Əliyev 2018-ci ilin 13-20 noyabr tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində “OT-KONTAKT” firması tərəfindən “Audio və video yazıların yeni analiz metodları” mövzusunda keçirilən seminarda iştirak etmişdir.

Seminarda “OT-KONTAKT” firması tərəfindən audio yazıların kriminalistik tədqiqatı üçün istehsal edilən “OTExpert” proqram kompleksinin yeni versiyada təqdimatı keçirilmişdir. Təqdimat zamanı proqramın funksional imkanları konkret materiallar əsasında əyani olaraq nümayiş etdirilmiş və maraq doğuran suallar ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.

Həmçinin, yol-nəqliyyat hadisələrini qeydə alan video yazıların tədqiqi üzrə “DTP – Expert” proqram kompleksi ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verilmişdir. Qeyd olunan proqramların ekspertiza tədqiqatında tətbiq olunma bacarığının yoxlanılması məqsədilə konkret tapşırıqlar icra edilmiş və bununla bağlı müvafiq sertifikatlar verilmişdir.

Məlumat üçün bildirilir ki, Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən “OTExpert 5.1” proqram kompleksi xeyli müddətdir ki, müvəffəqiyyətlə tətbiq edilir.