15 iyun – Dövlətçilik tariximizin şanlı səhifəsidir!

Məhkəmə Ekspertizası Mərkəzində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə mərkəzin rəis müavini Hüseyn Əlixanov çıxış etmişdir.

H.Əlixanovun çıxışında 1991-ci ildə xalqımızın yenidən öz müstəqilliyinə qovuşması, müstəqilliyin ilk illərində Azərbaycanın dəhşətli fəlakətlər, daxili və xarici qüvvələrin qəsdləri, vətəndaş müharibəsi və parçalanıb məhv olmaq təhlükəzi ilə üzbəüz qalması, ölkədə ictimai-siyasi və kriminogen durumun gündən-günə gərginləşməsi haqqında geniş məlumat verildi.

Qeyd olundu ki, xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı dağılmaqdan və milli fəlakətdən qurtardı. O, Azərbaycan dövlətçiliyini xilas etdi, Azərbaycan xalqının milli qüruru özünə qaytarıldı. Xalqın millət, torpaq, vətən və bayraq sevgisi bərpa edildi.

Tariximizə qızıl hərflərlə həkk olunmuş “Qurtuluş günü”nün dövlətçiliyimizin möhkəmlənməsində, milli birlik və bütövlüyümüzün qorunub saxlanmasında mühüm hadisə kimi qiymətləndirilməsi xüsusilə vurğulanmışdır.

Tədbir Milli Qurtuluş gününə həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatıb.