Minsk şəhərində beynəlxalq elmi-praktiki konfransda Mərkəz təmsil olunmuşdur

2018-ci ilin 19-20 aprel tarixlərində Belarus Respublikasının Məhkəmə Ekspertizası Dövlət Komitəsinin yaradılmasının beş illiyinə həsr edilmiş “Avrasiya məhkəmə ekspertlərinin əməkdaşlığı: çağırışlar, problemlər, həlli yolları və inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-praktiki konfransda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşı Cabir Ahmet iştirak etmişdir.

Tədbirdə dünyanın 20 ölkəsindən məhkəmə ekspertizası idarəsinin 400-dən artıq nümayəndəsi, həmçinin Avropa və Asiya Məhkəmə Ekspertizası İnstitutları Birliklərinin
rəhbərlikləri iştirak etmişdir.

Toplantı çərçivəsində Çin, Latviya və Özbəkistanın məhkəmə ekspertizası idarələri ilə Belarus Respublikasının Məhkəmə Ekspertizası Dövlət Komitəsi arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır.

Tədbir zamanı Belarus Respublikasının, eləcə də bir sıra xarici şirkətlərin istehsalı olan xüsusi kriminalistik cihaz və avadanlıqların sərgisi nümayiş etdirilmişdir.
Bundan başqa, məhkəmə ekspertizasının beynəlxalq akkreditasiyası məsələləri ilə bağlı seksiya iclasında bu sahənin inkişaf perspektivləri və mövcud problemləri
müzakirə edilmiş, qarşılıqlı təcrübə mübadiləsi aparılmışdır.

Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi ilə Belarus Respublikasının Məhkəmə Ekspertizası Dövlət Komitəsi arasında 28 avqust 2012-ci il tarixdə imzalanmış məhkəmə ekspertizası fəaliyyəti sahəsində ekspertizası mərkəzinin kitabxana əməkdaşlığa dair Sazişin icrası ilə bağlı ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri nəzərdən keçirilmişdir.

Konfrans materialları Məhkəmə fonduna təqdim edilmişdir.