Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) tərəfindən təşkil edilən təlim proqramında iştirak etmişdir

8-27 mart 2018-ci il tarixlərində Koreya Beynelxalq Əməkdaşlıq Agentliyi
(KOİCA) tərəfindən “Məhkəmə Elmi üzrə potensialın gücləndirilməsi (3-cü il)”
mövzusunda Cənubi Koreya Respublikasının Seul şəhərində təlim proqramı təşkil
edilmişdir.

Həmin tədbirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə
Ekspertizası Mərkəzinin 2 eksperti, həmçinin respublika Baş Prokurorluğunun 2 nəfər
əməkdaşı iştirak etmişdir. Açılış tədbiri 8 mart 2018-ci il tarixində KOİCA-nın ofisində
keçirilmiş, görüşdə təlim proqramlarının koordonatoru Ms Karam Jeon çıxış edərək
tədbir iştirakçılarına təlim kursu haqqında ətraflı məlumat vermişdir.

Daha sonra Koreya Ədliyyə İnstitutunun səlahiyyətli tərəfindən təlim
iştirakçılarına institutun beynəlxalq ixtisas artırma proqramları barədə məlumat verilmiş,
eyni zamanda Cənubi Koreya Respublikası və KOİCA-nın fəaliyyəti barədə
prezentasiyalar ziyalar təqdim edilmişdir.

Təlim kursunda Özbəkistan, Qırğızıstan və Tacikistan resppublikalarının da
nümayəndələri iştirak etmişdir.

Təlim zamanı iştirakçı dövlətlərin nümayəndə heyətləri tərəfindən hazırlanmış
“ölkə haqqında hesabat”lar nümayiş etdirilmiş, Azərbaycan Respublikası haqqında,
eləcə də Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyəti ilə bağlı ətraflı məlumat
verilmişdir.

Tədbirin sonunda təlim iştirakçıları ixtisasartırma kursunda əldə etdikləri
birliklərdən istifadə etməklə fəaliyyət planı hazırlamışlar.

Ölkəmizin nümayəndə heyəti tərəfindən “Rəqəmsal texnologiyaların tətbiqinin
məhkəmə ekspertizasında istintaq orqanlarının fəaliyyətində və məhkəmə sistemində
rolu” mövzusunda hazırlanmış fəaliyyət planı geniş şəkildə təqdim olunmuşdur. 5
bölmədən ibarət olan fəaliyyət planı - layihənin şərtləri və məqsədi, mövcud vəziyyət və
problemləri, təkmilləşdirmə strategiyaları, konkret fəaliyyət planı və gözlənilən
nəticələrdən ibarət olunmuşdur.

Təqdimat böyük maraqla qarşılanmış, təlimlərin keçirilməsi təklifi ilə əlaqədar
gələcək əməkdaşlıq proqramının hazırlanması və KOİCA-nın Azərbaycandakı ofisinə
təqdim edilməsi təklif olunmuşdur.

Təlim iştirakçıları müvafiq sertifikatlara layiq bilinmişdir.