Xocalı soyqırımının yad edilməsi

Mərkəzin əməkdaşlarının iştirak etdiyi tədbir Xocalı faciəsinin qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.


Çıxış edənlər Xocalı soyqırımının yad edilməsinin təkcə keçmişi deyil, həmin qırğınları törətmiş və bu gün Ermənistanın rəhbərliyində təmsil olunan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi tələbi ilə bağlı olduğunu vurğulayıblar. "Xocalı faciəsinin günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarını almalıdırlar. Bu qorxunc cinayətdə əli olan hər kəs hələlik öz vicdanları qarşısında məsuliyyət daşıyırlar. Gün gələcək və onlar tarix məhkəməsi qarşısında cavab verəcəklər". 1992-ci il fevralın 25-dən 26-na gecə silahli erməni dəstələri keçmiş SSRİ-nin 366-cı alayının aktiv iştirakı ilə 7 min əhalisi olan Xocalı şəhərini məhv edib, 106 qadın, 83 uşaq və 70 qoca daxil olmaqla 613 mülki şəxsi xüsusi amansızlıqla qətlə yetiriblər.1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu.8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Tədbirdə Xocalı faciəsi ilə bağlı sənədli filmlər nümayiş etdirilib.