Tender elanı

Tender 2 lot üzrə keçirilir.
Lot-1. Xüsusi kriminalistik avadanlıqların ehtiyat hissələrinin satınalınması
Lot-2. Xüsusi kriminalistik avadanlıqların satınalınması

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərfdə yazılı şəkildə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə ve texniki imkanlara malik olmalıdırlar.
İddiaçılar Lot-1 üçün 250 (iki yüz əlli) manat, Lot-2 üçün 50 (əlli) manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Xaqani küçəsi, 14 nömrəli ünvanda Məhkəmə Ekspertizası Mərkəzindən ala bilərlər.

Əlaqələndirici şəxsin telefonu: 012/498-05-43

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Məhkəmə Ekspertizası Mərkəzi
VÖEN: 1700326621
Hesab: AZ34CTRE00000000000002088501
Fond .7 Maddə 142340. Tender xərci

Dövlət Xəzinədarlıq Agentıiyi
Kod: 210005
VÖEN: 1401555071
Müxbir hesab: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T BİK CTREA22


İştirak haqqı heç bir halda geri qaytarılmır. İştirakçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi qiymətinin 2 (iki) faizi məbləğində bank təminatı (təklif zərfləri açıldığı gündən sonrakı 60 bank günü ərzində qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçıların son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-iddiaçıların son bir ildə analoji işlər üzrə təcrübəsi və potensial imkanı haqqında məlumat.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Üstünlük Azərbaycan dilinə veriləcəkdir.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2017-ci il oktyabrın 23-ü saat 17:00-a qədər, tender təklifini və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 2017-ci il oktyabrın 24-ü saat 17:00-a qədər Bakı şəhəri, Xaqani küçəsi, 14 nömrəli ünvanında yerləşən ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2017-ci il oktyabrın 30-u saat 17:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası