• ÜMUMİ MƏLUMAT
  • TARİX
  • STRUKTUR
  • ELMİ MƏQALƏLƏR
  • QANUNVERCİLİK
  • MƏKTUB YAZMAQ
    Azerbaycan dili English Русский язык
  • Ana səhifə
    Хəbərlər
    Аrxiv
    Sual-cavab
    Saytın xəritəsi
    Qəbul günləri
    Əlaqə
    .
  • Məhkəmə Ekspertizası Mərkəzi
    Ümumi Məlumat

    Məhkəmə Ekspertizası Mərkəzi (bundan sonra - Mərkəz) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ekspertiza və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan idarəsidir.

    Mərkəzin fəaliyyəti insan və vətəndaş hüquqlarınıın və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertlərin müstəqilliyi, elm və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliyi və tamlığı prinsiplərinə əsaslanır.

    Mərkəz Bakı şəhəri, Xaqani küçəsi, 14-ünvanında yerləşir.

    Mərkəzin rəisi III dərəcəli dövlət  ədliyyə müşaviri,  hüquq elmləri doktoru Fuad Musa oğlu Cavadovdur.

    Azərbaycanda məhkəmə ekspertizasının formalaşması və inkişafı Sovetlər dövründən başlayır. 1938-ci ilin avqust ayında Azərbaycan SSR Ədliyyə Xalq Komissarlığı nəzdində yaradılan kriminalistika kabinetində keçirilən ilk ekspertizalar qrafoloji ekspertizalardan ibarət olmuşdur. 1951-ci ilin iyun ayında SSRİ Nazirlər Sovetinin sərəncamı ilə həmin kabinet ləğv edilmiş, məhkəmə-istintaq orqanları üçün ekspertizalar Gürcüstan elmi-tədqiqat kriminalistika laboratoriyasında həyata keçirilmişdir. 1956-cı ilin iyununda Azərbaycan SSR Nazirlər Sovetinin sərəncamı əsasında 3 nəfərdən ibarət ştatla Bakı elmi-tədqiqat kriminalitsika laboratoriyası yaradılmış, 1960-cı ilin dekabrında isə həmin laboratoriyanın əsasında Respublika Nazirlər Sovetinin Hüquq Komissiyası yanında Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutu təşkil olunmuşdur.

    Cinayətkarlığın kompleks tədqiqini, hüquq pozuntularının qarşısının alınması üzrə elmi cəhətdən əsaslandırılmış proqnozların və konstruktiv təkliflərin işlənib hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarı ilə 1991-ci ilin iyununda həmin İnstitut Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Krminalistika və Kriminologia Problemləri İnstitutu adlandırılmışdır.

    Azərbayjan Respublikası Prezidentinin «Ədliyyə orqanlarının inkişafı haqqında» 17 avqust 2006-jı il tarixli Fərmanı ilə Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutu Məhkəmə Ekspertizası Mərkəzi adlandırılmış və Mərkəz baş idarə səlahiyyətli qurum kimi təsdiq edilmişdir.

    Məhkəmə Ekspertizası Mərkəzinin əsas fəaliyyət istiqamətləri elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə obyektiv, hərtərəfli, insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması prinsipləri əsasında məhkəmə ekspertizalarının aparılması və rəy verilməsi ilə məhdudlaşmır. Eyni zamanda, elmi-tədqiqat işlərinin aparılması, ekspert praktikasının ümumiləşdirilməsi, cinayətlərin baş verməsinə şərait yaradan halların aşkar olunması, onların qarşısının alınması üçün profilaktik tövsiyələrin işlənib hazırlanması, cinayətkarlığın vəziyyəti, strukturu və dinamikasının, onun ayrı-ayrı növlərinin baş verməsinin səbəb və şəraitinin, cinayətkarın şəxsiyyətinin kompleks sistemli-struktur təhlili, cinayətkarlığın proqnozlaşdırılması ilə bağlı olan kriminoloji fəaliyyət, elm və texnikanın müasir nailiyyətlərindən istifadə etməklə ekspert tədqiqatı metodikasının təkmilləşdirilməsi də Mərkəzin fəaliyyətinin mühüm istiqamətləndəndir. Bundan əlavə, Mərkəzdə məhkəmə-istintaq orqanları işçiləri, ali məktəb tələbələri ilə metodiki və təcrübi hazırlıq işləri aparılır.

    Hazırda Mərkəzdə 40-dan çox ekspertiza növləri üzrə tədqiqatlar aparılaraq rəylər verilir.
    Bunlardan əsasları aşağıdakılardır:
    -məhkəmə-xətşünaslıq ekspertizası;
    -məhkəmə-müəllifşünaslıq ekspertizası;
    -sənədlərin məhkəmə-texniki ekspertizası;
    -məhkəmə-trasoloci ekspertizası;
    -məhkəmə-ballistik ekspertizası;
    -məhkəmə-bioloci ekspertizası;
    -sintetik təbiətli və bitki mənşəli narkotik vasitələrin və psixotrop maddələrin məhkəmə ekspertizası;
    -materialların, maddələrin və məmulatların kriminalistik ekspertizası;
    -yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası;
    -məhkəmə-iqtisad ekspertizası;
    -məhkəmə mühəndis-texniki ekspertizası;
    -məhkəmə-psixoloci ekspertizası;
    -məhkəmə-fonoskopik ekspertizası;
    -məhkəmə kompüter-texniki ekspertizası;
    -əqli mülkiyyət obyektlərinin məhkəmə ekspertizası;
    -kontrafakt məhsulların məhkəmə ekspertizası və s.

    Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi

    Rəis - Cavadov Fuad Musa oğlu (tel: 498-60-28; 493-72-20)
    III dərəcəli dövlət ədliyyə müşaviri,
    hüquq elmləri doktoru
    Rəis müavini – Musayev Hamlet Əli oğlu (tel: 598-51-45), e-mail:qraf.56@mail.ru
    ədliyyə müşaviri, hüquq elmləri namizədi.

    Əsas fəaliyyət istiqamətləri
    Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:
    -məhkəmə ekspertizalarını keçirir və tədqiqatlar aparır;
    -elmi-tədqiqat işlərini aparır, ekspert tədqiqatının yeni metod və metodikalarını hazırlayır və təkmilləşdirir;
    -məhkəmə və hüquq mühafizə orqanlarına elmi-metodik kömək göstərir;
    -ekspert profilaktikasını həyata keçirir;
    -qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.


  • (+99 412) 498-05-43

    E-mail: info@expert.gov.az

    Ünvan: Xəqani küçəsi 14,
    AZ1000, Bakı, Azərbaycan

(c) 2003 - 2011 Məhkəmə Ekspertiza Mərkəzi   |   All Rights Reserved   |   created by Azerin LLC