Bioloji ekspertizalar şöbəsi

Tel.: (+99412) 498-60-28 / 498-06-93 / 493-76-03 

E-poçt: bioloq@expert.gov.az

Bioloji ekspertizalar şöbəsi rəis, 1 nəfər baş ekspert, 2 böyük ekspert, 1 nəfər aparıcı ekspert, 1 nəfər ekspert və 1 baş mütəxəssisdən ibarət heyətlə MEM-in Əsasnaməsinə görə aşağıdakı vəzifələri həyata keçirir: 

  • məhkəmə ekspert ixtisasının verildiyi məhkəmə ekspertizası növü üzrə tədqiqatlar apararaq qanunuvericiliklə nəzərdə tutulmuş vəzifələri yerinə yetirir;

  • məhkəmə ekspertizası və kriminalistika sahələrində elmi tədqiqat işlərini aparır və alınmış nəticələri ekspert təcrübəsində tətbiq edir; 

  • cinayətlərin baş verməsinə kömək etmiş səbəb və şəraitin aşkar edilib onların aradan qaldırılması sahəsində ekspert profilaktikasını həyata keçirir; 

  • ekspertizanın təyini və tədqiqat obyektlərinin göndərilməsinə dair məhkəmə və hüquq-mühafizə orqanlarına metodiki kömək göstərir; 

  • ekspert təcrübəsinin təhlili əsasında ümumiləş¬dirmələr aparır, metodik və profilaktik tövsiyələr hazırlayır; 

  • hüquqi maarifləndirmə işinin aparılmasında iştirak edir; 

  • məhkəmə ekspert kadrlarının hazırlanmasında, ekspertlərin peşə hazırlığının artırılmasında iştirak edir; 

  • məhkəmə ekspertizasının aktual problemləri üzrə elmi-praktiki tədbirlərdə iştirak edir; 

  • elmi-tədqiqat işlərinin nəticələrini elmi əsərlər məc¬muələrində və digər hüquq ədəbiyyatı nəşrlərində çap etdirir; 

  • peşə hazırlığının yüksəldilməsi məqsədilə qa¬nunvericiliyi, məhkəmə ekspertizası və kriminalistikanın yeni nailiyyətlərini daim öyrənir, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır, əmək və icra intizamına əməl edir, vəzifələrinin vaxtında və düzgün icra edilməsinə görə məsuliyyət daşıyır; 

  • xidməti fəaliyyətlə bağlı Mərkəzin rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir. 


Bioloji ekspertizalar şöbəsinin əməkdaşları “Məhkəmə ekspertizası laboratoriyasının akreditasiyası və ISO/IEC 17025 standartı”, “ ISO/IEC 17025 standartı üzrə metodların validasiyası”, “ ISO/IEC 17025 standartı üzrə müəyyənsizliyin hesablanması” mövzularında təlimlərdə iştirak edərək sertifikatlar qazanmışlar. 


Şöbədə aşağıdakı bnöv, ixtisaslar üzrə və metodlarla ekspertizalar aparılır: 
  • Məhkəmə-bioloji ekspertizası.

Bitki mənşəli maddələrin tədqiqi.
Narkotik təbiətli bitkilərin və onlardan hazırlanmış narkotik vasitələrin tədqiqat metodu:
  • təbii narkotik vasitələrin rəng testləri ilə tədqiqi;
  • təbii narkotik vasitələrin nazik təbəqəli xromatoqrafiya ilə tədqiqi;
  • təbii narkotik vasitələrin QMX vasitəsilə tədqiqi.

Bitki mənşəli maddələrin tədqiqat metodu:
  • bitki mənşəli maddələrin tədqiqi; 
  • bitki mənşəli maddələrin növünün və qrup mənsubiyyətinin təyini; 
  • müqayisə olunan bitki mənşəli maddələrin eyni cins və ya qrup əlamətlərinin müəyyənləşdirilməsi. 

Heyvan mənşəli maddələrin tədqiqi.
Heyvan mənşəli maddələrin tədqiqat metodu:
  • quş tükünün və lələyin tədqiqi; 
  • balıq pulcuqlarının tədqiqi; 
  • heyvan dərisi və tükünün tədqiqi. 

Torpaq mənşəli maddələrin tədqiqi.
Torpaq mənşəli maddələrin tədqiqat metodu:
  • daşıyıcı əşyalar üzərində olan torpaq mənşəli maddələrin izlərinin tədqiqi; 
  • müqayisə olunan torpaq mənşəli maddələrin müəyyən cins və qrupa məxsus olmasının təyini; 
  • torpaq mənşəli maddələrin ümumi və ya müzxtəlif qruplara məxsus olmasının müəyyənləşdirilməsi.